Gundemxeber.az » Dünya » “X” sosial şəbəkəsinin Avropada bloklanacağı iddiasına İlon Maskdan cavab - YENİLƏNİB
İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsinin Avropada mümkün bloklanması ilə bağlı məlumatları təkzib edib.
“Business Insider”dən daha bir tamamilə yalan məqalə. Bu, əsl media orqanı deyil”, - deyə Mask öz “X” səhifəsində müvafiq nəşrə cavab olaraq yazıb.
09:38
Milyarder İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsini avropalı istifadəçilər üçün bloklamağı düşünür.
Məlumata görə, avqust ayında qüvvəyə minmiş Rəqəmsal Xidmət Aktı (DSA) ilə bağlı tələblərdən getdikcə daha çox narazı olan biznesmen hazırda proqramın regionda əlçatmaz olmasının yollarını araşdırır.
“Hazırda “X” adlanan “Twitter”i bir il əvvəl 44 milyard dollara əldə edən “Tesla”nın sahibi proqramın regionda əlçatan olmaması, yaxud Avropa İttifaqında istifadəçilərin ona daxil olmasını əngəlləmək imkanlarını müzakirə edib”, - deyə mənbədən qeyd edilib.
Bildirilir ki, Mask ən azı iki dəfə daxili bazar üzrə Avropa komissarı Tyeri Breton ilə “X” sosial şəbəkəsinin DSA-ya uyğun olaraq görməli olduğu tədbirləri müzakirə etsə də, mövcud vəziyyət artıq onun səbrini tükədib.
Breton bundan əvvəl Avropa Komissiyasının “X”in yeni qanuna uyğunluğu ilə bağlı araşdırmaya başladığını bildirərək, sosial şəbəkələrdə İsrail-Fələstin münaqişəsi ilə bağlı dezinformasiyanın yayıla biləcəyini iddia etmişdi. Nəşr xatırladır ki, AK platformanın zərərli məlumatlarla mübarizə üçün gördüyü tədbirlər haqqında ətraflı məlumat tələb edib.
Gundemxeber.az
20-12-2022, 16:17
24-08-2023, 14:24
17-11-2017, 20:37
3-03-2021, 14:22
24-08-2023, 13:29
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?