Misirin Qırmızı dəniz sahillərində yerləşən Taba şəhərində cümə günü gecə güclü partlayış baş verib. GundemXeber.Az Reuters-in məlumatına istinadən bildirir ki, hazırda altı qurbanın adı məlumdur. Taba kurort şəhəri sərhədin yaxınlığında, İsrail Eylatının yaxınlığında yerləşir. İsrail Müdafiə Qüvvələri “təhlükəsizlik insidentindən” xəbərdar olduğunu bildirib.
Misirin “Al Qahera News” televiziya şirkətinin məlumatına görə, partlayış tibb müəssisəsinin yaxınlığında baş verib. Televiziya şirkəti partlayışın canlı görüntülərini nümayiş etdirərək bildirib ki, yaxınlıqdakı yaşayış binasına da ziyan dəyib.
Televiziya şirkətinin məlumatına görə, partlayış raketin düşməsi nəticəsində baş verib və İsraillə Qəzza arasındakı müharibə ilə bağlıdır. Lakin bunun təsadüfi və ya məqsədyönlü zərbə olduğu hələlik bəlli deyil.
Qəzza zolağından Tabaya qədər olan məsafə təxminən 220 kilometrdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?