GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Yeni müharibə strategiyası və Trampa 24 dəqiqə - Zelenski nələr danışdı?

Yeni müharibə strategiyası və Trampa 24 dəqiqə - Zelenski nələr danışdı?

Tarix: 6-11-2023, 15:47 Bölmə :Dünya Baxış: 192


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın "NBC News" telekanalına müsahibəsində Rusiya Federasiyası ilə müharibə strategiyasını dəyişmək planlarından danışıb, Rusiya prezidenti haqqında kobud ifadələr işlədib, həmçinin Donald Trampın qalmaqallı bəyanatlarını şərh edib.

Gundemxeber.az xəbər verir ki, "RBC-Ukrayna" Ukrayna prezidenti ilə müsahibədən əsas açıqlamaları toplayıb.
Zelenski bir daha təkrar edib ki, bu gün cəbhədəki vəziyyət dalana dirənməyib. 
"Onlar bizə qalib gələcəklərini düşünürdülər, lakin bu baş vermədi. Düşünmürəm ki, vəziyyət dalana dirənib", deyə Zelenski bildirib.
Bundan başqa, onun sözlərinə görə, Ukraynanın Rusiya ilə müharibə strategiyasının dəyişdirilməsi imkanları nəzərdən keçirilir.
"Hərbçilərimiz daha sürətli irəliləmək və Rusiya Federasiyasına gözlənilməz hücumlar etmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar hazırlayır”, deyə o bildirib.
Ukrayna prezidenti cəbhədə əks-hücum əməliyyatını sürətləndirmək üçün bu gün Ukrayna Silahlı Qüvvələrində nəyin çatışmadığını bildirib. Onun sözlərinə görə, ən başlıcası səmada nəzarətdir.
"Bizim kifayət qədər hava hücumundan müdafiə sistemlərimiz yoxdur, ona görə də Rusiya səmaya nəzarət edir. Tərəfdaşlarımızdan kifayət qədər hava hücumundan müdafiə sistemləri olanda nə baş verəcək? Qoşunlarımız irəli gedəcək. Xeyr, irəli qaçacaqlar və bu (əks-hücum) daha sürətli gedəcək", deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, tərəfdaşlardan ilk əsas xahiş səmada qüvvələrin tarazlaşdırılmasında yardımdır.
Zelenski ABŞ Konqresini Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb. O, əlavə vəsaitin ayrılmasına mane olan ABŞ qanunvericilərinə izah edib ki, buna alternativ Rusiyanın NATO-ya hücumu riski olacaq
"Rusiya hamımızı öldürsə, NATO ölkələrinə hücum edəcək, siz isə oğul və qızlarınızı ora göndərəcəksiniz. Bağışlayın, bu da olacaq, amma bədəli daha ağır olacaq", deyə prezident qeyd edib.
Zelenskidən ABŞ-ın Ukraynanı müharibənin sonuna qədər maliyyələşdirməli olub-olmadığına dair soruşulub. Buna cavab olaraq Ukrayna prezidenti ölkəni dəstəkləməyin başqa variantlarını da açıqlayıb. 
"İlk növbədə, əlavə hava hücumundan müdafiə vasitələri ilə insanlarımız evlərinə qayıdacaq, iqtisadiyyat yaxşılaşacaq, ÜDM artacaq”, deyə Ukrayna lideri izah edib. 
Ukrayna prezidentin sözlərinə görə, Qərb ölkələri və Aİ, həmçinin, Rusiyanın aktivlərindən əldə edilən mənfəəti Ukraynaya köçürə bilər. Birləşmiş Ştatlar isə müharibə bitdikdən sonra qaytarmaq şərtilə Ukraynaya kredit verə bilər. 
Bundan əlavə, Zelenski ABŞ-a Ukrayna ilə birlikdə silah istehsal etməyi, həmçinin Ukraynaya Amerika şirkətlərindən sursat almağa icazə verməyi təklif edib.
Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə dönəcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.
"Tramp bura gələ bilər və mən ona, çox yox, 24 dəqiqə ərzində başa sala bilərəm ki, o, Ukrayna torpaqlarını ona verməyə hazır olmasa, Putin vasitəsilə müharibəni dayandırmayacaq və sülh əldə etməyəcək”, deyə Ukrayna prezidenti bildirib.
Zelenski hazırda Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyat keçirən İsrailə səfər etməyi planlaşdırdığı barədə şayiələrə də münasibət bildirib.
"Mən müharibə şəraitində olan bir ölkənin prezidentiyəm və indi cəbhədə həqiqətən vəziyyət ağırdır, ona görə də mənim səfərim çox şeydən, ilk növbədə, döyüş meydanında nələrin baş verəcəyindən asılıdır... İkincisi, bu, Ukrayna vətəndaşlarını oradan (Qəzzadan-red.) azad edə bilib-bilməməyimizdən asılıdır”, deyə Zelenski bildirib. 
Prezident əlavə edib ki, əgər onun Misirə və ya İsrailə səfəri ukraynalıların əsirlikdən azad edilməsinə kömək etsə, buna hazırdır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tələb etdi

    Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tələb ...

    13-09-2019, 13:55

  • 
  • ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif etdi

    ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif ...

    21-04-2021, 09:55

  • 
  • Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini açıqlayıb

    Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini ...

    4-07-2019, 10:30

  • 
  •  Zelenski Ukrayna Ali Radasını buraxdı

     Zelenski Ukrayna Ali Radasını buraxdı ...

    20-05-2019, 13:19

  • 
  • Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verdi

    Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verdi ...

    29-05-2019, 10:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu