GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ-nin diktəsi ilə işıq gələn tərəfə getməyən Ermənistan - ŞƏRH

ABŞ-nin diktəsi ilə işıq gələn tərəfə getməyən Ermənistan - ŞƏRH

Tarix: 15-11-2023, 15:19 Bölmə :Dünya Baxış: 206

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması son vaxtlar beynəlxalq müstəvidə müzakirə olunan əsas məsələlərdəndir.

Türkiyə, ABŞ, Rusiya, İran və digər beynəlxalq oyunçular intensiv olaraq bu məsələ barədə öz mövqelərini ortaya qoyurlar. Ermənistan baş naziri Nikol Paşinyan və onun komandası da sülhlə bağlı qulağa xoş gələn açıqlamalar verir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 14-də yerli mətbuata müsahibəsində deyib ki, Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün Vaşinqton formatında danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırdırlar.

O qeyd edib ki, İrəvan artıq razılaşmaların əldə olunacağı danışıqlara getmək istəyir.

“Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və ilin sonuna qədər sülh sazişini imzalamağa hazırıq. Bu danışıqları digər səviyyələrdə, məsələn, Vaşinqtonda davam etdirmək imkanı var. Ermənistan hazırdır və ümid edirik ki, belə bir görüş baş tutacaq”, - o bildirib.

Ermənistan tərəfinin niyə hələ də Moskvaya getməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan buna belə cavab verib:

“Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik”.

Öncə onu deyək ki, son aylaradək sülh müqaviləsinə mane olan əsas məsələlərdən biri məhz Qarabağdakı separatçı rejim idi. Çünki terrorçular müntəzəm olaraq təxribat törətməklə qarşılıqlı etimad mühitinin yaranmasına əngəl törədirdilər.

Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində xunta rejimi təslim oldu. Bu, sülh perspektivi ehtimalını xeyli artırdı. Məhz rəsmi Bakının səyləri nəticəsində əsas baryerlərdən biri aradan qaldırıldı.

Hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılmasıdır. Fikrimizcə, bu məsələlər həllini tapdıqdan sonra sülh müqaviləsi imzalana bilər.

Digər bir tərəfdən isə Ermənistanın müstəqil olmaması heç kəsə sirr deyil. Bu dövlət Qərbin “ipi ilə quyuya düşür”. Bu isə nəinki region, heç rəsmi İrəvanın özü üçün də yaxşı nə isə vəd etmir.

Artıq çoxlarına məlumdur ki, planeti sürətlə Üçüncü dünya müharibəsinə doğru aparan ABŞ bölgədə sülh istəmir. Rəsmi Vaşinqton Cənubi Qafqazdakı sabitliyə mane olmaq üçün əlindən gələni edir. Ağ Ev özünün regional maraqlarının təmin olunması üçün artıq for-postuna çevrilmiş dövlətdən - Ermənistandan istifadə edir.

A.Qriqoryan dünənki açıqlaması ilə əslində Ermənistanı ifşa etdi. Sual yaranır: niyə Moskva yox, məhz Vaşinqton platforması?

Qərb son zamanlar Ermənistanı sürətlə silahlandırır. Hərbiləşdirmə nə vaxtdan sülhə töhfə sayılıb?

“Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan” tezisi indiki şəraitdə heç bir halda keçərli ola bilməz. Çünki indiyədək sülh üçün bir neçə dəfə imkan yaranıb. Amma nə İrəvan, nə də onu dəstəkləyən qüvvələr, o cümlədən ABŞ buna isti yanaşmayıblar. ABŞ və Ermənistan sülh istəsəydilər hələ Minsk Qrupunun fəaliyyəti dövründə, yəni danışıqların aktiv davam etdiyi zamanlarda bu istiqamətdə ciddi addımlar atardılar. Amma bu, olmadı.

Bundan başqa, ABŞ-nin bu gün Yaxın Şərqi, Şərqi Avropanı cəhənnəmə çevirməsi göz önündədir. Təsir göstərə bildiyi aktorların əli ilə dünyada hibrid müharibə aparır. Bu hadisələrin fonunda ABŞ-nin Cənubi Qafqazda sülhə töhfə verəcəyinə necə inanmaq olar? Bu, tamamilə sadəlövhlük olardı.

Görünür, Ermənistan işıq gələn tərəfə yox, it hürən tərəfə getməkdə maraqlıdır...

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması heç də utopiya deyil. Bu, tamamilə mümkündür. Amma bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyandan ciddi siyasi iradə tələb olunur. O, nəhayət, boynuna keçirilmiş zəncirlərdən azad olmalı, Qərbin təsiri altından çıxmalıdır. Ehtimal olunan sülh müqaviləsi Qərbin oyunları və hansısa saxta səyləri nəticəsində yox, Azərbaycanın hərbi və diplomatik addımları, Ermənistanın isə siyasi iradəsi nəticəsində mümkün olacaq./“Report”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08

  • 
  • Yaponiya hökuməti Putinin sülh müqaviləsi təklifindən imtina etdi

    Yaponiya hökuməti Putinin sülh müqaviləsi ...

    12-09-2018, 20:46

  • 
  • ABŞ-dan təklif: «Danışıqları davam etdirin»

    ABŞ-dan təklif: «Danışıqları davam etdirin» ...

    11-05-2016, 18:33

  • 
  • Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"

    Prezident İlham Əliyev: "Ermənistan sülh ...

    10-01-2016, 16:33

  • 
  • İrəvan Bakı ilə danışıqlara hazırlaşır

    İrəvan Bakı ilə danışıqlara hazırlaşır ...

    23-05-2018, 22:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu