Qazaxıstan əhalisinin sayı 20 milyon nəfərə çatıb.
Gundemxeber,az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məlumat verib.
"Qazaxıstanın əhalisi 20 milyona çatıb! Həmvətənlərimi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm! Xoşbəxt ailə millətin rifahının, ölkənin davamlı tərəqqisinin təməlidir”, - Kasım-Jomart Tokayev deyib.
Tokayev qeyd edib ki, dövlət ailə dəyərlərinin möhkəmləndirilməsi, ana və uşaqların qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?