Gundemxeber.az » Dünya » Paşinyan AÇIQLADI: “Rusiya həmin silahları göndərməyib”
“Rusiya tərəfi Ermənistana pulu ödənilmiş silahları göndərməyib”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşların suallarını cavablandırarkən deyib.
“Ödənişlər müqabilində silah və texnikanın verilməməsinə gəlincə, təbii ki, belə problemlər var. Bu problemlərin həlli mexanizmləri ilə bağlı məsləhətləşmələr aparılır, bir çox variantlar gözdən keçirilir. Məsələn, Ermənistanın Rusiya Federasiyasına borcunu azaltmaq, ödənilən məbləğin mübadilə edilməsi və s. Rusiya Federasiyasının özünün silaha ehtiyacı var. Biz işləməyə hazırıq, ümid edirik ki, müzakirələr konkret nəticələr verəcək”, - deyə Nikol Paşinyan vurğulayıb.
Qeyd edək ki, vaxtilə Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın “Smerç RYAS” raketlərini istehsal edən “NPO Splav” şirkəti arasında raketlərin verilməsi ilə bağlı saziş bağlanıb. Şirkət sifarişin yerinə yetirilməsi barədə Ermənistanın müdafiə idarəsini məlumatlandırmağı öhdəsinə götürüb, bundan sonra Müdafiə Nazirliyi həmin raketləri qəbul etmək üçün mütəxəssislər göndərməli olub.
“Joxovurd” qəzetinin yazdığına görə, 1 il 3 aydan sonra raketlər hazır olsa da, Ermənistan tərəfi onları təhvil götürməyib. “NPO Splav” raketlərin tez bir zamanda təhvil verilməsi üçün Ermənistan Müdafiə Nazirliyinə 3 dəfə müraciət edib, çünki belə partiyalar anbarlarda uzun müddət saxlanıla bilməz./musavat.com/
4-01-2021, 10:03
24-04-2019, 13:06
20-07-2018, 15:37
14-05-2018, 11:17
27-03-2019, 13:42
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?