İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS tərəfindən azad ediləcək hər 10 israilli məhbus müqabilində hərbi qarşıdurmalara verilən humanitar fasilənin bir gün uzadılması fikrinə müsbət yanaşdığını bildirib.
Netanyahu bu barədə İsrail Baş Nazirliyinin “X” hesabında yayımlanan videomüraciətində açıqlama verib.
O, açıqlamasında ABŞ Prezidenti Co Baydenlə bununla bağlı telefon danışığı olduğunu nəzərə çatdırıb.
Baş nazir, həmçinin, Baydenə fasilə bitdikdən sonra məqsədlərinə çatmaq üçün bütün gücləri ilə geri dönəcəklərini də deyib.
İsrail baş naziri hədəflərinin HƏMAS-ı məhv etmək, Qəzzanın əvvəlki vəziyyətinə geri dönməyəcəyinə əmin olmaq və israilli məhbusları geri qaytarmaq olduğunu vurğulayıb.
Digər tərəfdən, HƏMAS ötən axşam daha çox məhbusun azad edilməsi üçün İsraillə qarşıdurmalara verilən humanitar fasiləni uzatmağa çalışdıqlarını açıqlayıb.
Xatırladaq ki, İsrail və HƏMAS arasında toqquşmalarda dördgünlük fasilə ilə bağlı razılaşma noyabrın 24-ü, saat 7:00-dan qüvvəyə minib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?