Gundemxeber.az » Dünya » ABŞ Dövlət Katibi Azərbaycan və Ermənistan liderləri ilə danışdı
ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə söhbətlərində bu iki ölkə arasındakı sülhün perspektivlərini müzakirə edib. Bu barədə ABŞ Dövlət Departmanetinin sözçüsü Metyu Miller məlumat yayıb.
Millerin sözlərinə görə, Blinken Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində Azərbaycan rəhbərinin dayanıqlı və şərəfli sülh bağlamağa sadiqliyini alqışlayıb.
“Dövlət Katibi bu uzunmüddətli konfliktin hər iki tərəfə nə qədər iztirab yaşatdığını tanıdığınnı bildirib və bərqərar olacaq sülhün regionda hamı üçün faydalarını vurğulayıb,” məlumatda qeyd olunur.
Blinken habelə Azərbaycanla mövcud münasibətləri müzakirə edib və münasibətlərdəki narahatlıq doğuran məqamları qeyd edib və həmçinin ələlxüsus sülh prosesi ətrafında əməkdaşlığı gücləndirmək fürsətlərindən söz açıb.
Ermənistan baş naziri Nikol Paşinyanla söhbətin başlıca mövzusu da Bakı ilə Yerevan arasındakı sülh danışıqları olub.
“Dövlət Katibi Birləşmiş Ştatların Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib, Ermənistanın firavan və demokratik gələcəyi barədə dünyagörüşünü dəstəkləmək üçün onunla ikitərəfli əməkdaşlığı inkişaf etdirmək səyləri haqda danışıb,” məlumatda deyilir.
GundemXeber.Az
24-05-2022, 17:21
6-04-2022, 10:33
26-07-2022, 14:16
13-07-2023, 14:12
16-09-2022, 10:40
Sorğu
Yeni dizaynımız necədir?