Onun fikrincə, Çin indi daxili iqtisadi və maliyyə, eləcə də siyasi problemlərə görə müharibəyə başlamayacaq.
"Həmçinin, beynəlxalq ictimaiyyət açıq şəkildə bəyan edib ki, müharibə variant deyil, sülh və sabitlik hər kəsin maraqlarına uyğundur”, deyə Tsay İnven deyib.
Onun sözlərinə görə, Tayvan indi artan hərbi hədə-qorxu, "boz zona”larda kampaniyalar, kiberhücumlar və informasiya manipulyasiyası ilə üzləşir. Bununla belə, bu cür təhdidlər qarşısında Tayvan xalqı sakitliyini qoruyur və bəzi şərhçilər hətta tayvanlıların "çox sakit” olduğunu bildirirlər.
"Ancaq fakt budur ki, Tayvan xalqının gözü açıqdır və biz müdafiə qabiliyyətimizi və cəmiyyətin dayanıqlığını gücləndirmək üçün hər cür səy göstərməyə davam edirik", deyə Tayvan prezidenti bildirib.
Xatırladaq ki, noyabrın 15-də ABŞ prezidenti Co Bayden San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin lideri Si Szinpinlə görüşüb.
"The Independent” qəzeti adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən yazıb ki, Si Szinpin Baydenə Çinin yaxın illərdə Tayvana hücum etmək planının olmadığını deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?