"Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena ərinin yenidən dövlət başçısı seçilməsini istəmir. Çünki o, "normal həyat" istəyir".
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu alman əsilli fin biznesmeni, "Megaupload" hostinq xidmətinin keçmiş sahibi Kim Dotkom X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Zelenskinin xanımı onun Ukrayna prezidenti olmasından yorulub. O, başqa bir şey, normal bir həyat xəyal edir. Bu nə dərəcədə realdır?", deyə Dotkom sual edib.
Dekabrın 1-də Yelena Zelenskaya "The Economist"ə müsahibəsində ərinin yenidən prezidentliyə namizəd olmasını istəmədiyini deyib. Onun sözlərinə görə, o və əri yeni bir şey tapmalıdırlar.
Sorğu
Yeni dizaynımız necədir?