GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ərdoğan Yunasıtana gedir: Düşmənçilik dostluğa çevrilir?

Ərdoğan Yunasıtana gedir: Düşmənçilik dostluğa çevrilir?

Tarix: 5-12-2023, 18:04 Bölmə :Dünya Baxış: 322


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Yunanıstana səfəri gözlənilir. Səfər çərçivəsində o, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşəcək.  

Liderlər iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclasına sədrlik edəcəklər. Səfərin gedişində tərəflərin ən azı 20 saziş imzalayacaqları gözlənilir. Məlumata görə, bunların arasında miqrasiya ilə bağlı sənəd də var. 
Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Ərdoğanı səfərdə 7 nazir, həmçinin onun müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək. Məlumata görə, Yunanıstan tərəfdən heyətin tərkibində xarici işlər, müdafiə, iqtisadiyyat, təhsil, immiqrasiya, mədəniyyət, turizm nazirləri olacaq. 
Bu səfər və iştirak edəcək tərkibin geniş olması, habelə səfər öncəsi hər iki tərəfdə səslənən rəsmi açıqlamalar onu göstərir ki, Afina ilə Ankara artıq narazılıqları kənara qoyub, hər iki tərəfin marağına cavab verən məsələlərdə razılığa gəlmək istəyirlər. 

Qeyd edək ki, artıq bir müddətdir hər iki ölkə rəsmiləri mehriban qonşuluq münasibətləri qurmaq niyyətlərlərini ortaya qoyurlar. Səfər ərəfəsində Ərdoğan deyib ki, ABŞ Türkiyə ilə Yunanıstanın arasını vurmağa çalışır. O bildirib ki, aralarındakı məsafənin bu qədər yaxın olmasına baxmayaraq, iki ölkənin hələ də düşmənçiliyi alovlandıran səslərlə yürüş etməsi düzgün deyil. Ərdoğanın sözlərinə görə, başda ABŞ olmaqla, bəzi dairələr hər iki ölkəni bir- birinə qarşı qoymağa çalışır:
"Dekabrın 7-də Yunanıstana səfər edəcəyəm və qarşı tərəflə oturub bir sıra məsələləri müzakirə edib, həll yolunu tapacağıq. Həll edə  biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də var”
Ərdoğandan bir qədər əvvəl isə Yunanıstanın dövlət naziri Akis Skerços da münasibətləri normallaşdırmağa xidmət edən açıqlama verib. O bildirib ki, Ərdoğanın səfəri zamanı iki ölkəni "birləşdirən” münasibətlərə diqqət yetirmək istəyir. Skerços iki ölkə arasında fikir ayrılığına səbəb olan məsələlərdə israr etməyəcəklərini deyib:
"Ötən dörd ildəki gərginliyi aradan qaldırmaq üçün ortaq bir sahə tapmağa çalışacağıq. Yunanıstanı mehriban qonşuluq münasibətləri qurmaq, sərhəddə sülhü təmin etmək və miqrasiya axınının qarşısını almaq maraqlandırır. Biz bu mühüm görüşü fikir ayrılıqları  üzərində deyil, bizi Türkiyə ilə birləşdirən məsələləri müəyyənləşdirmək və diqqət mərkəzində saxlamaq üçün planlaşdırdıq”. 

Aydın məsələdir ki, Afina ilə Ankara arasında münasibətlərin normal məcrada olmasını istəməyən qüvvələr də var. Belə qüvvələr həm Qərbdə, həm də  Şərqdə mövcuddur. Onlar öz maraqlarının təmin edilməsi  üçün çalışırlar ki, Yunanıstanla Türkiyə arasında daim gərginlik yaşansın. Həmin qüvvələr bilir ki, Afina ilə Ankaranın yaxınlaşması, ümumiyyətlə həmin regionda sabitliyin təmini Türkiyənin bölgədə nüfuzunun artmasına  xidmət edəcək. Həmçinin, bu dairələri Türkiyənin müstəqil siyasət yürütməsi də narahat edir. Bu isə xarici dairələri qane etmədiyindən onlar Türkiyə ilə Yunanıstan arasında daim gərginliyin qalmasında maraqlıdırlar. Bu mənada Türkiyə və Yunanıstan liderləri və digər rəsmilərin son açıqlamaları onu deməyə əsas verir ki, xarici təzyiqlərə rəğmən tərəflər normal münasibətlər qurmaqda israrlıdırlar. 

Ərdoğanın səfəri çərçivəsində imzalanacaq sənədlərin çoxluğu da göstərir ki, tərəflər əvvəlki ümum-küsülüyü ən azından indiki məqamda arxa plana keçirmək istəyirlər. Zatən, Türkiyə çoxdan qonşularla "sıfır problem” çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.  

Ərdoğanın son illər apardığı siyasət məhz buna xidmət edir. Görünən odur ki, artıq Afina da həmin yola gəlir. İmzalanacaq sənədlər arasında miqrasiya ilə bağlı sənədin xüsusi olaraq vurğulanması göstərir ki, əsasən də Afina bunda maraqlıdır. Belə ki, son illər Avropanın digər ölkələrinə köç edən miqrantlar böyük axınla əsasən Yunanıstana, onun Egey dənizindəki adalarına üz tutur. Bu isə Afina hökumətinə böyük baş ağrısı gətirir. Görünür, məhz bu amil Afinanı Ankara ilə əvvəlki gərginliyi azaldaraq, münasibətləri normallaşdırmaq yolu tutmasına vadar edib. Hər halda, Ərdoğanın bu səfəri və imzalanacaq sənədlər iki ölkə arasında münasibətlərdə yeni səhifə açmasa da, çünki aralarında olan gərgin münasibətlərin dərin kökləri var, bununla belə, üzləşdiyi miqrasiya problemi Afinanı istəməsə belə, Ankara ilə isti münasibətlər yaratmağa vadar edir. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

    Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb ...

    30-10-2017, 11:42

  • 
  • Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

    Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb ...

    17-02-2020, 14:06

  • 
  • Ərdoğan Bakıdadır

    Ərdoğan Bakıdadır ...

    26-04-2016, 00:41

  • 
  • Həsən Ruhani Türkiyəyə gedir - YENİLƏNİB

    Həsən Ruhani Türkiyəyə gedir - YENİLƏNİB ...

    18-12-2018, 15:32

  • 
  • İran prezidentinin Ermənistana səfər proqramı

    İran prezidentinin Ermənistana səfər proqramı ...

    18-12-2016, 23:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu