Gundemxeber.az » Dünya » Dövlət Departamenti: “Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-nin maraqlarına ziddir”
“ABŞ administrasiyası Azərbaycanla qarşılıqlı əlaqələrdən əl çəkmək niyyətində deyil”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalistlərə növbəti brifinq zamanı ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller bildirib.
Onun sözlərinə görə, sözügedən əlaqələr ABŞ-nin milli maraqlarına cavab verir.
“Biz heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyimizi deməmişik. Bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza ziddir”, - diplomat cavab verib.
O, qeyd edib ki, ABŞ “həm Azərbaycan, həm də Ermənistanla birbaşa qarşılıqlı əlaqəni davam etdirir”.
Gundemxeber.az
12-09-2013, 12:49
15-10-2015, 20:04
5-12-2013, 12:07
22-07-2013, 10:41
18-11-2013, 16:21
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?