Gundemxeber.az » Dünya » Qəzza zolağına daha çox yardımın daxil olması üçün İsraildən addım: Sərhəd-buraxılış məntəqəsini açacaq
İsrail anklava daxil olan yardımın həcmini artırmaq üçün Qəzza zolağı ilə sərhəddə “Kerem-Şalom” nəzarət-buraxılış məntəqəsini açacaq.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin koordinasiyası idarəsindən məlumat verilib.
“Biz Qəzza zolağına çatdırılan yardımın təftişini aparmaq imkanlarımızı genişləndirdik. “Kerem-Şalom” açıq olacaq, bu səbəbdən də yoxlamaların sayı ikiqat artacaq”, - deyə idarənin bəyanatında bildirilib.
Qurum həmçinin BMT-ni “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Misirdən anklava daxil olan humanitar yardımla bağlı daha operativ hərəkət etməyə çağırıb. Nəzarət-buraxılış məntəqəsinin nə vaxt açılacağı ilə bağlı isə məlumat verilməyib.
Xatırladaq ki, dekabrın 7-də BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İsraildən “Kerem-Şalom” vasitəsilə Qəzzaya girişin açılması üçün danışıqlar aparıldığını bildirib. O, həmçinin buraxılış məntəqəsinin tezliklə açılacağına dair ümidverici məqamların olduğunu qeyd edib.
27-03-2014, 09:09
15-11-2023, 21:06
13-11-2023, 12:39
30-03-2018, 21:07
31-03-2018, 11:18
Sorğu
Yeni dizaynımız necədir?