Gundemxeber.az » Dünya » Finlandiya səfiri Rusiya XİN-ə ÇAĞIRILDI - ŞOK SƏBƏB
Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Finlandiya rəsmilərinin ABŞ-la müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamasıdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Moskva cavab tədbirləri görəcək.
Onun sözlərinə görə, səfirə bildiriblər ki, Rusiya tərəfi sərhəddə təhlükəsizliyini təhdid edən NATO-nun hərbi potensialının artırılmasını cavabsız qoymayacaq və bunun üçün lazımi tədbirlər görəcək.
"Mehriban qonşuluq zonasının mümkün qarşıdurma zonasına çevrilməsinə görə məsuliyyət tamamilə Finlandiyanın hazırkı hakimiyyət orqanlarının üzərinə düşür", - Zaxarova deyib.
O, Rusiyanın mümkün cavab tədbirlərini açıqlamayıb.
Qeyd edək ki, dekabrın 18-də Finlandiyanın xarici işlər naziri Elina Valtonen, ölkənin müdafiə naziri Antti Hakkanen və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda görüşüblər. Onlar ABŞ ordusuna öz bazalarını və qoşunlarını Finlandiyanın 15 hərbi bölgəsində yerləşdirməyə imkan verəcək Müdafiə Əməkdaşlıq Sazişi (DCA) imzalayıblar. Sənəd 2024-cü ilin yazında qüvvəyə minəcək.
GUNDEMXEBER.AZ
3-10-2018, 11:10
23-05-2014, 10:36
4-04-2023, 17:46
6-07-2023, 15:06
27-07-2018, 11:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?