Gundemxeber.az » Dünya » Rusiyanın ən böyük kosmik sənaye müəssisəsinin rəhbəri saxlanılıb
Moskvanın Basman Məhkəməsi “Geofizika-Kosmos” elmi-istehsalat müəssisəsinin rəhbəri Yevgeni Fomiçev barəsində həbs qətimkan tədbiri seçib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
O, 2024-cü il fevralın 21-dək iki ay müddətinə həbs edilib.
Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə ittiham olunur.
İstintaqın məlumatına görə, Fomiçev və onun əlaltıları Ərazi İnkişaf Fondunun rəhbərliyinin etibarından sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyiblər. İşin digər təfərrüatları açıqlanmayıb.
Gundemxeber.az
1-02-2021, 11:17
2-05-2019, 15:00
29-07-2013, 17:23
24-10-2019, 11:48
13-10-2014, 13:15
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?