ABŞ Dövlət katibi Antoni Blinken bəyan edib ki, İsrail-ərəb münasibətlərinin normallaşması Qəzzada münaqişəyə son qoyulması və Fələstin dövlətinin qurulması üçün əlverişli yol tələb edir.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, Blinken Yaxın Şərq səfəri çərçivəsində İsrailə getməzdən əvvəl hava limanında açıqlamalar verib.
Yaxın Şərq səfərinə işarə edən Blinkenin sözlərinə görə, görüşlərdə məqsədi Qəzzanın sabitləşməsinə və canlandırılmasına kömək etməkdir. ABŞ Dövlət katibi Türkiyə və Yunanıstandan sonra regional turu çərçivəsində BƏƏ, İordaniya və Qətərə gedib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?