Gundemxeber.az » Dünya » “Bloomberg”: “Tayvan ətrafında hərbi münaqişə yaranarsa, Ukrayna və COVID-19-u kölgədə qoyacaq”
“Tayvan ətrafındakı mümkün hərbi münaqişə qlobal iqtisadiyyata təxminən 10 trilyon dollara başa gələ bilər ki, bu da Ukrayna münaqişəsi və COVID-19-u geridə qoya bilər”.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin dərc etdiyi materialda bildirilib.
Məlumata görə, Tayvana görə Çinlə ABŞ arasında hərbi qarşıdurma yaranarsa, qlobal iqtisadiyyat üçün nəticələr Ukraynadakı müharibədən daha ciddi olacaq.
Nəşr Tayvan üçün mümkün müharibənin nəticələrini qiymətləndirib və qeyd edib ki, bu məbləğ dünya üzrə ümumi daxili məhsulun (ÜDM) təxminən 10%-ni təşkil edir.
Qeyd olunur ki, potensial risk faktoru yanvarın 13-də keçiriləcək Tayvan administrasiyasının rəhbəri vəzifəsinə seçkidir. İki müddət bu vəzifəni tutan Say İnven yenidən namizədliyini irəli sürə bilməyəcək.
Gundemxeber.az
8-04-2023, 14:42
18-05-2019, 11:00
1-07-2016, 19:51
26-12-2022, 13:07
2-01-2019, 11:48
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?