Gundemxeber.az » Dünya » Polşada saxlanılan keçmiş daxili işlər naziri aclıq aksiyasına başladı - YENİLƏNİB
Hazırda nəzarət altında olan Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski aclıq aksiyasına başlayıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, siyasətçinin bu barədə açıqlamasını “Polsat News” telekanalı yayımlayıb.
“Mən bir siyasi məhbus kimi, həbs olunduğum ilk gündən aclıq aksiyasına başlayıram”, - deyə Kaminski bildirib.
Qeyd edək ki, Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski və onun müavini Maçey Vonsik Varşavada prezident sarayında polis tərəfindən saxlanılıblar. Varşavada onlara dəstək məqsədilə nümayiş keçirilib.
11:32
Polşada böyük siyasi qalmaqal baş qaldırıb.
Polşa polisi prezident sarayına basqın edib və Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski, həmçinin onun müavini Maçey Vonsik saxlanılıblar.
Kaminski və Vonsikin saraya Polşa Prezidenti Andjey Dudanın dəvəti ilə gəldikləri bildirilir.
Qeyd edək ki, 2015-ci ildə Mariuş Kaminski və Maçey Vonsikə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb və hər biri iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin sonra Andjey Duda onları əfv edib.
Hazırkı Polşa hökuməti Dudanın bunu etməyə haqqı olmadığını bəyan edib, ona görə də iş 2023-cü ilin dekabrında yenidən açılıb.
Varşavada Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavininin saxlanması ilə bağlı mitinq keçirilib.
Hazırda nəzarət altında olan Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski aclıq aksiyasına başlayıb.
Siyasətçinin bu barədə açıqlamasını “Polsat News” telekanalı yayımlayıb.
“Mən bir siyasi məhbus kimi, həbs olunduğum ilk gündən aclıq aksiyasına başlayıram”, - deyə Kaminski bildirib.
Qeyd edək ki, Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski və onun müavini Maçey Vonsik Varşavada prezident sarayında polis tərəfindən saxlanılıblar. Varşavada onlara dəstək məqsədilə nümayiş keçirilib.
11:32
Polşada böyük siyasi qalmaqal baş qaldırıb.
Polşa polisi prezident sarayına basqın edib və Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski, həmçinin onun müavini Maçey Vonsik saxlanılıblar.
Kaminski və Vonsikin saraya Polşa Prezidenti Andjey Dudanın dəvəti ilə gəldikləri bildirilir.
Qeyd edək ki, 2015-ci ildə Mariuş Kaminski və Maçey Vonsikə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb və hər biri iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin sonra Andjey Duda onları əfv edib.
Hazırkı Polşa hökuməti Dudanın bunu etməyə haqqı olmadığını bəyan edib, ona görə də iş 2023-cü ilin dekabrında yenidən açılıb.
Varşavada Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavininin saxlanması ilə bağlı mitinq keçirilib.
GUNDEMXEBER.AZ
9-02-2023, 17:55
4-01-2015, 22:59
14-08-2023, 20:00
12-04-2021, 12:16
25-11-2013, 14:51
Sorğu
Yeni dizaynımız necədir?