Gundemxeber.az » Dünya » Ərdoğan: “Türkiyə hər dəfə kritik yol ayrıcına gəldikdə çirkin ssenarilər işə düşür”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə iqamətgahında keçirilən valilər toplantısında çıxış edib...
Dövlət başçısı ölkəsi üçün hazırki tarixi dövrün əhəmiyyətindən danışıb.
“O qədər kritik bir nöqtədəyik ki, bundan sonra atacağımız addımlarla ya dünyanın zirvəsində olacağıq, ya da geridə qalacağıq. Türkiyə hər dəfə kritik bir yol ayrıcına gəldiyi zaman çirkli ssenarilər, xain tələlər və alçaq oyunlar işə salınır. Son günlər tez-tez görünməyə başlayan bu cür hadisələrin arxasında hansı qüvvələr, niyyətlər, məkrlər var, biz çox gözəl bilirik. Onların əsas məqsədi bizi hədəflərimizdən yayındırmaqdır. Sosial media kimi qlobal güclərin nəzarətində olan vasitələrdə yayılan xəbərlərlə ölkəni çaşdırmağa çalışırlar”, - deyə Ərdoğan qeyd edib.
O, vurğulayıb ki, Türkiyə təkcə öz sərhədlərindən ibarət bir ölkə deyil.
“Həm Türkiyənin, həm də millətimizin təsir dairəsi və məsuliyyəti çox genişdir. Bizim vəzifəmiz İslama, müsəlmanlara, türklərə və Türkiyəyə qarşı olan tələlərlə bağlı millətimizi ayıq tutmaqdır. Bu baxımdan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin sülh və əmin-amanlıq şəraitində baş tutması vacibdir”, - deyə Türkiyə Prezidenti bildirib.
GUNDEMXEBER.AZ
23-09-2019, 11:45
26-04-2016, 00:41
6-03-2020, 22:07
24-12-2015, 15:02
3-12-2020, 13:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?