Gundemxeber.az » Dünya » Ekvadorda təhlükəsizlik qüvvələri 330-a yaxın cinayətkarı saxlayıb
Ekvador silahlı qüvvələri və polisi ölkədə iğtişaşlar başlayandan sonra təxminən 330-a yaxın cinayətkarı saxlayıb və daha beş nəfəri məhv edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki. bu barədə Ekvador Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının rəhbəri Xayme Vela Erazo məlumat verib.
“329 terrorçu həbs edilib, beş terrorçu məhv edilib. Əvvəlki günlərdə qaçan 28 yaraqlı yaxalanıb”, - deyə La Voz del Tomebamba bildirib.
Bundan əlavə, Erazonun sözlərinə görə, bu müddət ərzində təhlükəsizlik qüvvələri üç terrorçu qrupla qarşıdurmaya girməli olub. İndiyədək 61 silah, 418 döyüş sursatı və 24 partlayıcı maddə ələ keçirilib. 41 girovu xilas etmək və oğurlanmış 195 avtomobili geri almaq mümkün olub.
Gundemxeber.az
2-11-2017, 11:54
9-02-2018, 10:29
14-12-2017, 19:24
21-07-2017, 15:21
13-11-2018, 13:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?