Gundemxeber.az » Dünya » Latviya Prezidenti: Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır
Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır.
GUNDEMXEBER.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezidenti Edqars Rinkeviçsin Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunub.
Latviya Prezidenti məktubda qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımızın dərinləşdiyini vurğulayaraq, birgə səylərin iki ölkə arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəyinə əminliyini bildirib.
"Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır", - deyə Latviya Prezidenti təbrik məktubunda qeyd edib.
12-02-2017, 12:35
5-05-2022, 12:22
16-07-2020, 13:20
18-05-2016, 13:55
3-08-2016, 21:06
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?