ABŞ Prezidenti Co Bayden Yəmənə zərbələr endirməkdə ABŞ və İngiltərəyə hansı ölkələrin kömək etdiyini açıqlayıb.
Gundemxeber.az xarici mediiaya istinadla bildirir ki, Ağ Ev rəhbərinin bununla bağlı bəyanatı Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən yayılıb.
“Bu gün mənim göstərişimlə ABŞ silahlı qüvvələri Böyük Britaniya ilə birlikdə, həmçinin Avstraliya, Bəhreyn, Kanada və Niderlandın dəstəyi ilə Yəməndə bir sıra obyektlərə uğurla zərbələr endirib. Bu obyektlərdən üsyançı husilər dünyanın ən mühüm su yollarından birində gəmiçilik fəaliyyətinə təhlükə yaratmaq üçün istifadə ediblər”, - deyə Bayden bildirib.
Co Bayden əlavə edib ki, zərbələr müdafiə xarakteri daşıyıb və Qırmızı dənizdə beynəlxalq daşımalara edilən hücumlara birbaşa cavabdır. O, həmçinin vurğulayıb ki, zərbələrin vurulmasında tarixdə ilk dəfə olaraq gəmi əleyhinə ballistik raketlərdən istifadə olunub.
Xatırladaq ki, ötən gecə ABŞ və Böyük Britaniya Yəməndə üsyançı husilər tərəfindən istifadə edilən hərbi obyektlərə zərbələr endirib.
Gundemxeber.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?