GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İrəvan müharibə üçün “sənədlər toplusu” hazırlayır

İrəvan müharibə üçün “sənədlər toplusu” hazırlayır

Tarix: 23-01-2024, 12:42 Bölmə :Dünya Baxış: 128

İrəvan müharibə üçün “sənədlər toplusu” hazırlayır

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə zəmanət mövzusu önə çıxır. Tərəflər bəyan edirlər ki, yeni müharibəni mümkünsüz edəcək addımlar atılmalıdır. Əgər Ermənistanda bu məqsədlə zaminlər institutunun yaradılması təklif olunursa, Azərbaycanda Ermənistanın hüquqi bazasındakı mövcud problemlərə işarə edilir.
Bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analizində qeyd olunub.
Təhlildə bildirilib ki, İran XİN rəhbərinin Ermənistana səfərindən sonra Paşinyan hökuməti artıq sülh müqaviləsinin zəmanətçiləri haqqında çox danışmır, çünki bu mövzunun davam etməsi İran və Rusiyada aktivliyə gətirib çıxarır:
“Sununcular bu mexanizmdə danışıqlar formatına müdaxilə imkanı görürlər. Digər tərəfdən, Ermənistan artıq İrandan, AB-dən, Fransadan, müəyyən qədər də ABŞ-dan təhlükəsizlik zəmanəti alıb. Rusiya isə hələ də Ermənistanın faktiki müttəfiqidir. Belə şəraitdə qarant məsələsi Ermənistanın himayədarları arasında vəziyyəti daha da gərginləşdirə bilər.

Azərbaycan üçün zəmanətlər Ermənistanda Qarabağa dair fərqli dövrlərdə qəbul edilmiş müxtəlif sənədlərlə bağlıdır: Ermənistanın Müstəqillik Bəyannaməsi, Konstitusiyada ona istinad, Almatı Bəyannaməsinə edilən düzəlişlər, Ermənistan Ali Şurasının 8 iyul 1992-ci il tarixli qərarı, Ermənistanın daimi nümayəndəsinin BMT katibinə məktubları, beynəlxalq məhkəmələrdə iddialar… Bu sənədlərdən bəziləri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təkrarladığı dövrdə ortaya çıxıb. Məhz bu səbəbdən Azərbaycan Ermənistan Baş nazirinin bəyanatlarına inanmır və sənədlərə yenidən baxılması prosesinin başlanmasına eyham vurur”.

Mərkəzin analizində xatırladılıb ki, Prezident İlham Əliyevin müsahibəsindən sonra Paşinyan bəyan etdi ki, ritorika danışıqlar prosesinə uyğun olmalıdır:

“Azərbaycan da son bir neçə ayda erməni diplomatiyasının beynəlxalq qurumlara verdiyi bir sıra sənədləri və bəyanatları media vasitəsilə nümayiş etdirdi. Yəni Azərbaycanın iddiaları sadəcə ritorikadır, amma Ermənistanın iddiaları gələcəkdə yeni müharibəni nəzərdə tutan bütöv bir rəsmi sənədlər toplusudur!

Paşinyanın sözlərinə görə, danışıqlar prosesi Ermənistanın Baş naziri Aparatı ilə Azərbaycan Prezidentinin Administrasiyaları arasında gedir. Ya Ermənistan XİN-in bu prosesdən xəbəri yoxdur, ya da Baş nazirdən müvafiq göstəriş almayıblar. Ola bilsin, Vardan Oskanyanın dövründə işə götürülən erməni diplomatlar danışıqlar prosesini sabotaj edirlər, lakin bu, artıq Paşinyanın problemidir.

Ötən müddət ərzində Ermənistan regionda mümkün sülhün dayaqları altına çoxlu minalar döşəyib. Bu minaların gələcəkdə işə düşməməsi üçün onları çıxarıb zərərsizləşdirməyə başlamaq vacibdir!

Məsələn, Paşinyan “Azərbaycanın gizli ərazi iddialarından” danışır... Harada gizli?! Azərbaycan Konstitusiyasında, Müstəqillik Aktında, Azərbaycan Respublikasının qanunlarında, Prezidentin sərəncamlarında Qərbi Azərbaycan mövzusu yoxdur! Azərbaycanda Almatı Bəyannaməsinə heç bir düzəliş yoxdur!

Amma Ermənistanda ərazi iddiaları gizlədilmir, göz qabağındadır!

Əgər Ermənistan Azərbaycandan ritorikanın dəyişməsini gözləyirsə, o zaman “artsaxlar” və “dqr”i xatırladaraq beynəlxalq orqanlara verilən məktubların və iddiaların geri çağırılmasına başlamalıdır. Sonra isə parlament səviyyəsində 1992-ci il Ali Şuranın qərarının ləğvi və Almatı Bəyannaməsinə edilən düzəlişlərin geri götürülməsi mümkündür.

Sülh müqaviləsi prosesin yalnız başlanğıcıdır. Ondan sonra normallaşma başlayacaq, qarşılıqlı fəaliyyət və mümkün gələcək əməkdaşlıq çərçivələri müəyyən ediləcək.

Ermənistan Baş nazirinin Konstitusiya dəyişikliyilə bağlı açıqlamaları Azərbaycanda da gözləntilər yaradıb. 2021-ci ildə oxşar təşəbbüsün nəticəsiz qalmasını xatırlayırıq. Digər tərəfdən, Paşinyanın Konstitusiyada dəqiq (!) nəyi dəyişmək niyyəti də hələ ki, aydın deyil.

Beləliklə, sentyabr ayından şərti sərhəddə vəziyyət sakitləşdi, birgə bəyanat qəbul edildi, hətta ikitərəfli formatda yeni görüşlər də gözlənilir. Müsbət dinamika qalır və bu hal daha da inkişaf etdirilib normaya çevrilməlidir. Bunun üçünsə bir-birimizin gözləntilərini eşitmək məqsədəuyğundur”./axar,az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN Ermənistanın Azərbaycana müharibə elan etməsi haqqında bəyanat yaydı

    XİN Ermənistanın Azərbaycana müharibə elan etməsi ...

    13-09-2018, 15:17

  • 
  • ABŞ-dan təklif: «Danışıqları davam etdirin»

    ABŞ-dan təklif: «Danışıqları davam etdirin» ...

    11-05-2016, 18:33

  • 
  • Paşinyan hökuməti sülh prosesinə hələ hazır deyil

    Paşinyan hökuməti sülh prosesinə hələ hazır deyil ...

    29-09-2018, 15:54

  • 
  • Tonoyan getdi: ermənilər yeni müharibə istəyir? - Korotçenko

    Tonoyan getdi: ermənilər yeni müharibə istəyir? - ...

    21-11-2020, 15:40

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu