Gundemxeber.az » Dünya » Moskva öz “atıcısı” Strelkovu niyə məhkum etdi?
Moskva şəhər məhkəməsi “Donetsk Xalq Respublikası”nın keçmiş “müdafiə naziri” İqor Strelkovu (Qirkin) dörd il müddətinə məhkum edib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti xəbər verir.
Strelkov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 280-ci maddəsi (İnternetdə ekstremist fəaliyyətə ictimai çağırışlar) ilə mühakimə olunub. Bu maddə üzrə maksimum cəza beş il həbsdir, dövlət ittihamçısı Strelkovun 4 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Strelkov 2023-cü ilin iyulunda Moskvada saxlanılıb. Həmin gün Meşçanski məhkəməsi onun haqqında həbs qətiimkan tədbiri seçib. “DXR”-in keçmiş müdafiə naziri əvvəldən ona qarşı irəli sürülən ittihamların absurd olduğunu əsas gətirərək, günahsız olduğunu israr edirdi. Cinayət işi ötən ilin may ayının 25-də Strelkovun Teleqaram dərc olunan iki statusuna əsaslanır. Strelkov döyüşçülərin maaşları və Krım ətrafındakı vəziyyətlə bağlı suallar doğuran bu yazıların müəllifli olduğunu inkar etməyib.
2014-cü ildə Strelkov Ukraynanın şərqində o vaxt özünü elan etmiş “LXR” və “DXR” tərəfdən döyüşlərdə iştirak edib. 2014-cü ilin may-avqust aylarında o, “DXR”-in müdafiə naziri təyin edilib, sonra Moskvaya qayıdıb və jurnalistika ilə məşğul olub.
2022-ci ilin noyabrında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Strelkovu 2014-cü ilin iyulunda “DXR” ərazisi üzərində Malayziya “Boinq”ini məhv etməkdə təqsirli bilib. Onunla birlikdə məhkəmə “DXR” kəşfiyyatının keçmiş rəhbəri Sergey Dubinski və ukraynalı Leonid Xarçenkonu da təqsirli bilib. Strelkov bildirib ki, təyyarəni Donetsk könüllüləri vurmayıb
Gundemxeber,az
30-04-2014, 10:23
24-02-2016, 16:53
2-05-2019, 15:00
18-05-2016, 18:57
17-06-2019, 17:31
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?