Gundemxeber.az » Dünya » Ostin: ABŞ Yaxın Şərqdəki qüvvələrini qorumaq üçün lazımi tədbirlər görəcək
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Suriya-İordaniya sərhədinə hücum zamanı 3 ABŞ hərbçisinin həlak olması fonunda Vaşinqtonun Yaxın Şərqdəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ostin Pentaqonda NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə baş verənlərdən “qəzəbləndiyini və kədərləndiyini” deyib.
“Prezident və mən Amerika qüvvələrinə hücumlara dözümlü yanaşmayacağıq. Biz ABŞ-ni və ordumuzu qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, – nazir əlavə edib.
“Pentaqona qayıtdığım üçün şadam. Özümü yaxşı hiss edirəm və sağalıram, hələ də sağalıram”, – Ostin bildirib.
Yanvarın əvvəlində prostat xərçənginin müalicəsinin ağırlaşması ilə xəstəxanaya yerləşdirildikdən sonra o, Pentaqona əyani işə qayıdıb.
Gundemxeber.az
7-03-2023, 14:34
2-04-2021, 14:43
17-03-2023, 13:23
16-03-2023, 12:19
19-10-2021, 10:20
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?