Gundemxeber.az » Dünya » Orban AB liderləri ilə nahardan imtina etdi, fermerlərlə görüşdü
Macarıstanın baş naziri Viktor Orban Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə şam yeməyindən imtina edib və bunun əvəzinə etiraz edən fermerlərlə görüşüb.
Gundemxeber.az xəbər verir ki, bu barədə fevralın 1-də “The Guardian” qəzeti məlumat yayıb.
“Avropanın səhvi odur ki, xalqın səsi liderlər tərəfindən ciddi qəbul edilmir. Bu, bir nömrəli problemdir. Biz miqrasiyanı, Ukraynadakı hərbi əməliyyatı və sair məsələləri müzakirə edirik, lakin liderlər küçədəki insanların səsini ciddi qəbul etmir”, - deyə Orban etirazçılarla danışarkən jurnalistlərə bildirib.
Orban qeyd edib ki, iyunda Avropa Parlamentinə keçiriləcək seçkilər zamanı Brüsseldə rəhbərliyi xalqı təmsil edəcək şəxslərə dəyişmək lazımdır.
Məlum olduğu kimi, bu gün Brüsseldə Ukraynaya 50 milyard avro dəyərində yardım paketinin ayrılması ilə bağlı Aİ sammiti keçirilir. Bundan əvvəl, yanvarın 30-da Orban “Le Point” portalına açıqlamasında digər 26 Aİ ilə ümumi qərar verməyə hazır olduğunu deyib. Dekabrda Budapeşt artıq Kiyevə 50 milyard avronun ayrılmasına mane olub.
Bir çox Aİ ölkələrində fermerlərin etirazları keçirilir. Fermerlər yanacağın və gübrənin bahalaşmasından, xaricdən gələn rəqabətdən və Avropa İttifaqının yeni ekoloji standartlarından narazıdırlar.
Fransada fermerlər yanvarın 29-dan Parisə gedən yolları bağlamağa başlayıblar. Almaniyada yanvarın 8-də təxminən 1,3 min fermer öz avtomobillərini, traktorlarını və digər kənd təsərrüfatı texnikalarını Berlinə gətirərək etiraz aksiyası keçirib.
Gundemxeber.az
6-03-2016, 16:37
13-11-2017, 22:01
30-01-2024, 20:43
25-06-2017, 17:36
24-11-2023, 14:15
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?