GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan NATO ilə saziş imzalamaq ərəfəsində

Ermənistan NATO ilə saziş imzalamaq ərəfəsində

Tarix: 2-02-2024, 13:03 Bölmə :Dünya Baxış: 159

Rəsmi İrəvan təhlükəli sularda üzməyə başlayıb və alyansa yaxınlaşma cəhdlərinə Kremlin qəzəbli xəbərdarlığı var; Paşinyanın “iki stul” siyasətinə ekspertlər qiymət verir 


Şimali Atlantika blokunun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib ki, NATO Ermənistanın xarici və müdafiə siyasətində dəyişiklik etməsini dəstəkləyir. NATO rəsmisinin sözlərinə görə, ümid edirlər ki, yaxın həftələrdə alyans və İrəvan fərdi şəkildə hazırlanmış tərəfdaşlıq proqramını təsdiq edəcək. 

“Hazırda biz kifayət qədər iddialı məqsədləri olan yeni Fərdi Tərəfdaşlıq Proqramı üzərində işləyirik. Biz təlim imkanları üzərində işləyirik. Bunun növbəti həftələr ərzində baş verəcəyinə böyük ümidlər bəsləyirəm” - “Yeni Müsavat” bildirir ki, Kolomina belə anons edib. O, həmçinin qeyd edib ki, yanvarda İrəvana etdiyi səfər məhsuldar olub. “Biz Ermənistanla bugünkü ikitərəfli münasibətlərdən razıyıq”, - deyə o bildirib. “Ermənistanın xarici və müdafiə siyasətində qəbul etdiyi qərarlar, qəbul etmək qərarına gəldiyi dəyişiklik bizi də çox ruhlandırır. Bilirəm ki, bu çətin qərardır və çox güman ki, uzun vaxt aparacaq, lakin biz tərəfdaşlarımızı əlbəttə ki, təşviq edirik. Ermənistanın etdiyi budur-bizə yaxınlaşmaq”, - deyə Kolomina qeyd edib.

Onun sözlərinə görə, son bir neçə ildə Ermənistan NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq aktivləşdirməyə qərar verib. “Təbii ki, NATO-nun geosiyasi maraqları var, bu maraqların istiqamətlərindən biri Ermənistandır, Ermənistanın Rusiyanın KTMT sisteminə rəsmi bağlılığı NATO-nun planlarında onun əhəmiyyətini artırır və NATO Rusiyaya alternativ olaraq Ermənistanın üzərində təsirlərini artırmağa çalışır”. “Kimsə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 31-də keçirdiyi brifinqdə Ermənistanın NATO-ya üzv olmaq istəyi ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, rəsmi İrəvan bu cür qərarlar qəbul etməzdən əvvəl ölkədəki vəziyyəti təhlil etməlidir: "Biz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin fayda gətirdiyini, qısa, orta və uzunmüddətli perspektivdə nəyin fayda verə biləcəyini anlamalı və buna uyğun çıxış etməliyik. Qərbdə hamıya vədlər verirlər".

Qeyd edək ki, Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri tərəfindən qurumun noyabr sammitində razılaşdırılmış sənədləri hələ də imzalamayıb. Ermənistan baş nazirin müavini Vahan Kostanyan yerli mətbuata deyib ki, bu məsələyə hələ baxılır. Kostanyan məsələnin təfərrüatları barədə heç nə deməyib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri tərəfindən 23 noyabr Minsk sammitində imzalanmış sənədlərin arasında KTMT üzv ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma da var. Hərbi alyansın Baş katibi İmanqali Tasmaqambetov bu sənədi Ermənistan hökumətinə ötən dekabrda İrəvana səfəri zamanı vermişdi. Şərhçilər bildirirlər ki, sözügedən razılaşmaların İrəvan tərəfindən hələ də imzalanmaması Ermənistanın ikiüzlü siyasətini davam etdirdiyini, təşkilatı tərk edəcəyi görüntüsü yaradaraq, Qərbdən daha çox dəstək almağa çalışdığını göstərir. 

Rusiyanı Azərbaycanla qarşıdurmaya cəlb edə bilməyən Paşinyan hökuməti KTMT-nin guya Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirmədiyini iddia edir. Moskvanı Qərbə meyllənməklə şantaj edən İrəvan nə qədər “ciddi” olduğunu nümayiş etdirmək üçün KTMT Baş katibinin müavini vəzifəsi kvotasından, KTMT-nin Ermənistanda keçirilməsi planlaşdırılan təlimlərindən imtina edib. Ölkəsinin sərhədlərini hələ də Rusiya əsgərlərinin qoruduğu halda Ermənistanın KTMT-dən çıxacağına dair iddialar Moskvada ciddi qəbul edilmir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin ötən dekabrda bildirib ki, o, Ermənistanın KTMT-dən çıxacağını düşünmür. O əlavə edib ki, Ermənistanın təşkilatı boykot etməsi Ermənistan daxilində Qarabağla əlaqədar mürəkkəb proseslərin getməsi ilə bağlıdır. Həssas məqam odur ki, Ermənistanın Azərbaycanla sülh prosesini bütün bəhanələrlə ləngitdiyi indiki şəraitdə NATO-nun xüsusi Fərdi Proqramları Ermənistanı ruhlandıra bilər və bununla da sülh prosesinə daha da mənfi təsir edər. Yada salaq ki, Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarışında olduğunu açıqlamışdı. Erməni baş nazir bununla Rusiyanın və KTMT-nin onu müdafiə etmədiyinə işarə vurmuşdu. Bütün hallarda rəsmi İrəvan bölgədə “odla oynayır”.

Qalib orduda neqativ hallar

Alp Arslan İmamqulu

Bu mövzuda “Yeni Müsavat”a danışan təhlükəsizlik eksperti Alp Arslan İmamqulu hesab edir ki, Cənubi Qafqazda Rusiya-NATO çəkişməsi getməkdədir. Onun fikrincə, bununla belə, Ermənistan tam Rusiyadan asılıdır və alyansa çox yaxınlaşa, bu bloka üzv ola bilməz. “Ermənistanda NATO strukturlarının yerləşdirilməsi mümkün deyil. Rusiyanın Ukrayna cəbhəsində məğlub olacağı  gözləntiləri var. Belə hesab edirlər ki, bu halda Qərbin Cənubi Qafqazda təsirləri güclənə bilər. Amma müharibənin nəticələrindən asılı olmayaraq, Rusiya Ermənistandan çıxmayacaq. Ermənistanın siyasi iradəsinə təsir etməyə Kremlin kifayət qədər gücü çatır, orada iqtidarı dəyişmək iqtidarına da malikdir. Ona görə İrəvanın NATO ilə yaxınlaşmaq cəhdləri bizi yanıltmamalıdır”, - deyə təhlükəsizlik eksperti belə qiymətləndirir. Mütəxəssisin sözlərinə görə, eyni zamanda regionda Qərb strukturlarının yerləşməsi Azərbaycanın da maraqlarına fayda verməyəcək: “İstənilən halda, biz bütün riskləri nəzərə almalıyıq, Ermənistanı hansı gücün himayə etməsinə baxmadan öz tədbirlərimizi görməliyik. Çünki Ermənistanın addımları, silahlanması, yeni təhlükəsizlik müttəfiqləri axtarışı bunu deməyə əsas verməkdədir”.

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun bildirdiyinə görə, Ermənistanın cəzalandırılacağı müzakirələri gedir: “Amma Rusiya bu ölkəni həmişə bəsləyir, sığallayır, hələ ki sərt addım atmır. İrəvanla NATO arasında təsdiqlənməsi gözlənilən o proqramın nədən ibarət olacağına baxmaq lazımdır. Sadəcə, hətta belə bir əməkdaşlıq proqramı gerçəkləşsə də, Ermənistanın alyansa üzv edilməsi mümkün deyil. Əvvəla, bütün ölkələrin razılığı olmalıdır. Ermənistanın Türkiyə ilə diplomatik əlaqələri yoxdur, sərhədləri bağlıdır və rəsmi Ankara NATO dövləti olaraq İrəvanın üzvlüyünə müsbət cavab verməyə bilər”.

Emil SALAMOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO və Azərbaycan birgə təlim kursu keçirir

    NATO və Azərbaycan birgə təlim kursu keçirir ...

    13-02-2018, 20:00

  • 
  • Müdafiə naziri NATO generalları ilə görüşüb

    Müdafiə naziri NATO generalları ilə görüşüb ...

    23-05-2018, 15:54

  • 
  • NATO Gürcüstanın xarici agentlər haqqında qanun layihəsindən narahat olduqlarını bildirir

    NATO Gürcüstanın xarici agentlər haqqında qanun ...

    9-03-2023, 18:52

  • 
  • Tramp: "Biz ciddi şəkildə..."

    Tramp: "Biz ciddi şəkildə..." ...

    7-02-2017, 00:11

  • 
  • NATO yeni qlobal təhlükələr qarşısında öz hüdudlarını genişləndirir

    NATO yeni qlobal təhlükələr qarşısında öz ...

    16-03-2018, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu