Gundemxeber.az » Dünya » Putin Ekvadora qarşı “Rosselxoznadzor”dan istifadəyə BAŞLADI
Rusiya hakimiyyəti Ekvadora qarşı “Rosselxoznadzor”u işə salıb. Qurumun bu gün yaydığı açıqlamada Ekvadordan Rusiyaya “təhlükəli” bananların tədarükü ilə bağlı vəziyyətdən “narahatlıq” ifadə olunub.
Məlumata görə, xidmət ölkənin səlahiyyətli qurumundan fevralın 5-dən ən çox qanun pozuntusuna yol vermiş beş Ekvador ixracatçısının bananlarının sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib:“Ekvador bananlarında Rusiya və Aİİ üzv ölkələri üçün təhlükəli karantin obyektinin - polifaq donqar milçəyin sistematik şəkildə aşkarlanması ilə əlaqədar “Rosselxoznadzor” Ekvadorun kənd təsərrüfatı və heyvandarlıq naziri Franklin Danilo Palasios Markesə müraciət edərək fevralın 5-dən ən çox qanun pozuntusuna yol verən beş Ekvador ixracatçısından banan sertifikatının dayandırılması tələb olunub”.
Qurumun mətbuat xidməti qeyd edib ki, Ekvador tərəfi təsirli tədbirlər görməsə və bananda bu zərərvericini aşkar etməyə davam edərsə, agentlik məhdudlaşdırıcı tədbirlərin tətbiqinin növbəti mərhələsinə keçmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, yanvarın 17-də Ekvador prezidenti Daniel Noboa ABŞ-la sazişin bağlandığını elan edib. Sazişə əsasən, onun ölkəsi Vaşinqtona 200 milyon dollar dəyərində Sovet və Rusiya istehsalı olan silah və hərbi texnika verəcək, əvəzində isə eyni dəyərdə yeni ABŞ məhsulları alacaq.
Rusiya tərəfi bunun Ekvadorun Moskva ilə imzaladığı müvafiq təchizat müqavilələrinə zidd olduğunu bildirir. Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət (FSMTC) bəyan edib ki, Rusiyanın istehsal etdiyi hərbi texnika üçüncü tərəfə veriləcəyi təqdirdə Ekvador beynəlxalq öhdəliklərini pozacaq və bu, Rusiya-Ekvador əməkdaşlığının sonrakı inkişafı üçün mənfi nəticələrə səbəb ola bilər: “Rusiya istehsalı olan hərbi əmlak üçüncü tərəfə veriləcəyi təqdirdə, Ekvador beynəlxalq öhdəliklərini pozacaq və bu, gələcək ikitərəfli əməkdaşlığımız üçün mənfi nəticələrə səbəb ola bilər”.
Daha sonra Rusiya XİN də Ekvadora etirazını bildirib. Lakin Ekvador qərarından dönməyəcəyini açıqlayıb. Rusiya tərəfi bildirir ki, ABŞ Ekvadordan aldığı silahları Ukraynaya verəcək.
Onu da qeyd edək ki, Ekvadordan Rusiyaya ixracının 90 faizi kənd təsərrüfatı məhsullarıdır. Onların 90 faizini banan, ananas, güllər təşkil edir. 2023-cü ildə bu ölkədən Rusiyaya 1,3 milyon ton banan və 723 ton ananas tədarük edilib. Ekvador Rusiyanın banan idxalının 98 faizini təmin edir./musavat.com
9-12-2020, 16:42
3-04-2018, 12:13
31-10-2018, 16:43
10-12-2018, 22:32
14-08-2020, 16:42
Sorğu
Yeni dizaynımız necədir?