Gundemxeber.az » Dünya » Rəisidən ŞOK XƏBƏRDARLIQ: Ordu hazırdır! - İran nə edəcək?
İran prezidenti İbrahim Rəisi Fars körfəzindəki Hörmüzqan vilayətində xalq qarşısında çıxış edib.
Gundemxeber.az xəbər verir ki, Rəisi ABŞ-ın İrana qarşı artan təhdidlərinə cavab verib.
“Biz müharibəyə başlayan tərəf olmayacağıq, lakin hər hansı bir güc İrana sataşmağa cəhd edərsə, biz ən güclü şəkildə cavab verəcəyik və onlar peşman olacaqlar”.
O, İrana qarşı "təhdid" dilinin nəticə verməyəcəyini vurğulayıb:
"Keçmişdə nə vaxt İrandan danışsalar, təhdid dolu sözlər işlədirdilər və "hərbi variantlar masadadır" deyirdilər. Artıq bu sözləri eşitmirik. Onlar isə “Biz İranla müharibə istəmirik” deyirlər”.
Rəisi İran silahlı qüvvələrinin cavab verməyə hazır olduğunu, həmçinin lazımi güc və texnikaya sahib olduğunu bildirib.
Yanvarın 28-də İordaniyada, Suriya sərhədi yaxınlığında yerləşən Tower 22 adlı bazaya pilotsuz təyyarə hücumu həyata keçirilib və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 3 ABŞ əsgərinin öldüyünü, 25 ABŞ əsgərinin yaralandığını açıqlayıb. ABŞ prezidenti Co Bayden hücumun İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib. Tehran administrasiyası onun hücumla əlaqəsi olduğu iddialarını rədd edib.
Gundemxeber.az
31-10-2018, 15:05
21-06-2019, 13:44
28-08-2018, 11:29
4-01-2021, 10:30
25-09-2018, 10:56
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?