Gundemxeber.az » Dünya » Zelenski Qrossi ilə Zaporojye AES-in demilitarizasiyasını müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşüb.
Gundemxeber,az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Zelenski və Qrossi işğal altında olan Zaporojye AES-də mövcud təhlükəsizlik vəziyyətini və onun Rusiya qoşunları tərəfindən işğalının yaratdığı riskləri müzakirə ediblər.
Prezident vurğulayıb ki, ZaporojyaeAES-də nüvə insidentinin qarşısını almağın yeganə yolu onun tamamilə silahsızlaşdırılması, işğaldan azad edilməsi və stansiyaya nəzarətin Ukrayna tərəfindən bərpa olunmasıdır.
Zelenski həmçinin agentliyin Ukraynanın Sülh Formulasına verdiyi dəstəyə və onun ilk bəndi olan “Radiasiya və Nüvə Təhlükəsizliyi”ni həyata keçirmək üçün əməli addımlara görə Qrossiyə təşəkkür edib.
“Ukraynanın Sülh Formulasının birinci bəndinin həyata keçirilməsində AEBA-nın iştirakı vacibdir. Sizi İsveçrədə planlaşdırılan Qlobal Sülh Sammitində iştirak etməyə dəvət edirəm”, - Zelenski bildirib.
Gundemxeber,az
18-09-2018, 10:36
3-06-2019, 16:36
17-09-2020, 21:28
20-05-2019, 13:19
13-09-2019, 13:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?