Pakistanda seçki məntəqəsinin əməkdaşlarına atəş açılıb, nəticədə bir polis ölüb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, hadisə Hayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verib. Orada səsvermə dayandırılıb.
Bundan əvvəl Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib. Bu qərar ölkədə son vaxtlar artan terror fəaliyyəti fonunda təhlükəsizlik məqsədilə qəbul edilib.
Pakistanda Milli Məclisə və əyalət qanunvericilik orqanlarına seçkilər saat 08:00-da (Bakı vaxtı ilə 07:00) başlayıb və 17:00-a (Bakı vaxtı ilə 16:00) qədər davam edəcək. Qarşıdan gələn seçki kontekstində ən perspektivli siyasi birliklər Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) və Pakistan Xalq Partiyasıdır.
Sorğu
Yeni dizaynımız necədir?