Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) Ukraynaya dəstək üçün ehtiyatlarının tükəndiyini deyib.
O, Aİ-nin “sehrli çubuğunun” olmadığını söyləyib: “Ukraynanın daha çox silaha ehtiyacı var. Biz bunu verməliyik. Amma “sehrli çubuğa” sahib deyilik”.
Aİ rəsmisi, həmçinin diqqətə çatdırıb ki, Avropanın silah anbarları da boşalıb: “Mart ayına qədər Aİ Kiyevə ümumilikdə təxminən 550-600 min mərmi verə biləcək və əvvəllər vəd edilən 1 milyon ilin sonuna qədər ötürüləcək”.
Qeyd edək ki, daha əvvəl Almaniya Müdafiə Nazirliyi də Ukraynaya dəstəklə bağlı imkanlarının tükəndiyini açıqlamışdı.
Sorğu
Yeni dizaynımız necədir?