Gundemxeber.az » Dünya » Özbəkistan: 9,8 min kişi cinsi qısnama və zorakılığa görə “ilişib”
Ötən il 9,8 min Özbəkistan vətəndaşı cinsi qısnama, şəxsi həyat haqqında məlumatların yayılması və məişət zorakılığına görə cinayət məsuliyyətinə cəlb edilib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, Ali Məhkəmənin mətbuat katibi Əziz Abidovun verdiyi məlumata görə, İnzibati Məsuliyyət Məcəlləsinin 41-1-ci (seksual zorakılıq) maddəsi ilə yeni normalar tətbiq ediləndən indiyədək 666 nəfər məsuliyyətə cəlb edilib - 233 nəfər cərimə ödəyib, 433 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Bundan başqa, 48 nəfər Cinayət Məcəlləsinin 141-3-cü (şəxs şərəf və ləyaqətinə toxunan, onun həyatının intim məqamlarını əks etdirən məlumatları yayma) maddəsi ilə təqsirli bilinib. 7 nəfərə azadlıqdan məhrumetmə, 41 nəfərə isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar verilib.
8928 nəfərə qarşı İnzibati Məsuliyyət Məcəlləsinin 59-2-ci (məişət zorakılığı) maddəsi ilə sanksiyalar tətbiq edilib. O cümlədən 5229 qanun pozucusu cərimələnib, 3699 nəfər inzibati həbs cəzasına məhkum edilib.
Cinayət Məcəlləsinin 126-1-ci (məişət zorakılığı) maddəsi ilə 203 nəfər məhkum edilib. Onlardan 59-u azadlıqdan məhrumetmə, 144-ü azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilib.
Xatırladaq ki, qadınların və uşaqların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi haqqında qanunun qəbulundan sonra 2023-cü ilin aprelində yuxarıda göstərilən maddələr müvafiq məcəllələrlə tamamlanıb. Sənəd təşəbbüskar vətəndaş qrupu tərəfindən irəli sürülüb.
Gundemxeber.az
10-04-2020, 14:08
15-04-2020, 15:23
18-04-2020, 22:19
13-04-2020, 11:46
14-04-2020, 12:27
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?