Gundemxeber.az » Dünya » Venesuela Qayana ilə sərhədə qoşun yığır
Venesuela hakimiyyəti Qayananın mübahisəli Essekibo vilayətilə sərhədində silahlı qüvvələrini cəmləşdirir.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, rəsmi Karakas yüngül tankları, raketlə təchiz olunmuş patrul katerlərini və zirehli daşıyıcıları əraziyə toplayır ki, bu da peyk görüntüləri ilə təsdiqlənir.
Qeyd edək ki, ötən ilin sonuna olan məlumata görə, Venesuela silahlı qüvvələrinin tərkibində 150 minə yaxın hərbçi var. Öz növbəsində, Qayana qoşunlarının sayı təxminən 3 min hərbçidir.
Xatırladaq ki, Venesuela Qayananın təbii ehtiyatlarla zəngin Essekibo bölgəsinə qarşı ərazi iddiaları irəli sürüb və öz iddialarını ümumxalq referendumu ilə möhkəmləndirib.
GundemXeber.Az
9-07-2019, 10:18
31-03-2018, 16:18
25-05-2019, 10:08
18-05-2019, 11:46
3-10-2017, 12:52
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?