Gundemxeber.az » Dünya » “Putin Ukraynada dayanmayacaq, hədəfi…” – Britaniyanın baş diplomatı
Böyük Britaniya xarici işlər naziri Devid Kemeron amerikalı konqresmenləri Rusiya lideri Vladimir Putinə qarşı Adolf Hitlerə qarşı edilən səhvləri təkrarlamamağa və Ukraynaya hərbi yardımı təcili şəkildə təsdiqləməyə çağırıb.
Nazir Rusiya liderinin Ukrayna ilə dayanmaq fikrində olmadığını bildirib.
“1930-cu illərdə Hitlerə etdiyimiz kimi zəifliyimizi göstərməyimizi istəmirəm. 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Krım və Donbasın böyük hissəsini işğal edəndə Putinə verdiyimiz inamsız cavabı 2022-ci ildəki təcavüz aktına münasibətdə təkrarlasaq, bu, bizə baha başa gələcək yeni təcavüz aktına yol açacaq”, – Kemeron deyib.
Britaniyanın baş diplomatı Rusiya liderinin imperiyası ambisiyasına diqqət çəkib:
“Bir tərəfdə öz imperiyasını genişləndirəcəyinə ümid edən Putin var. Bizim zəif olduğumuzu, təcavüzkar əməlinə görə cəzalandırılmayacağını düşünür.
Digər tərəfdə isə bizik. Resurslarımız, iqtisadi gücümüz, biliyimiz var. İqtisadiyyatımız Rusiyadan 25 dəfə güclüdür. Onlar isə kömək üçün Pxenyana müraciət etməyə məcbur olurlar. Etməli olduğumuz şey gücümüzdən istifadə etməkdir. Bəs buna iradəmiz varmı?”.
Gundemxeber.az
3-04-2014, 12:19
9-03-2014, 12:56
9-03-2014, 13:20
24-12-2019, 19:59
17-03-2018, 19:52
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?