Gundemxeber.az » Dünya » Qadınlar Jerar Depardyedən əl çəkmir – Aktyora qarşı yeni ittiham
Parisdə məşhur aktyor Jerar Depardyeyə qarşı yeni ittiham irəli sürülüb.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Ouest France” qəzeti sənətçinin vəkilinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, adının açıqlanmasını istəməyən rejissor Jan-Pyer Mokinin keçmiş köməkçisi yanvarın 8-də aktyordan şikayət edib. Qadın 2014-cü ildə “Le magicien et les siamois” filminin çəkilişləri zamanı aktyor tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Depardye ona nalayiq şəkildə toxunub və nalayiq ifadələr işlədib.
Jerar Depardye artıq zorlama və ya cinsi təcavüzdə ittiham olunub. 2018-ci ildə aktrisa Şarlotta Arno aktyorun Parisdəki evində ona iki dəfə təcavüz etdiyini demişdi. Qız Depardyenin yanına "qeyri-rəsmi şəraitdə məşqlər" üçün gəldiyini, evdə zorlamaya məruz qaldığını iddia edib.
Depardyenin özü açıq məktubda Arnonun öz ayağı ilə evinə gəldiyini və “öz istəyi ilə yataq otağına getdiyini” söyləyib. Depardyeyə qarşı cinayət işi açılsa da, sonradan bağlanıb.
Şarlotta Arno Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən 13 qadından biri idi. 2023-cü ilin aprelində Fransanın Mediapart portalı onların ifadələri əsasında araşdırma dərc edib. Portalın məlumatına görə, bütün hadisələr 2004-2022-ci illər arasında baş verib.
Gundemxeber.az
21-12-2021, 09:26
1-04-2022, 17:57
6-02-2021, 16:50
3-10-2018, 13:53
18-12-2021, 09:57
Sorğu
Yeni dizaynımız necədir?