Gundemxeber.az » Dünya » Türkiyə kəşfiyyatından əməliyyat: Fransız casuslar ifşa olundular
Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən fransız casuslar ifşa ediliblər.
Keçirilən əməliyyat çərçivəsində Türkiyədə fəaliyyət göstərən Fransa Kəşfiyyat Xidmətinin üç nəfərdən ibarət casus şəbəkəsi aşkarlanıb.
Məlum olub ki, suriyaəsilli Ahmet Katienin rəhbərlik etdiyi üçnəfərlik şəbəkə xaricə getməyə çalışan qaçqınlara işgəncələr verildiyi ilə bağlı Türkiyəni beynəlxalq səviyyədə ittiham edən saxta məlumat və sənədləri Fransa kəşfiyyatına təqdim edib.
Özünü ictimaiyyətə aktivist jurnalist kimi təqdim edən və İstanbulda yaşayan Ahmet Katie adlı suriyalı, Fransanın İstanbuldakı Baş Konsulluğundan ailəsi ilə birlikdə sığınacaq istəyib.
Lakin Fransa Xarici Kəşfiyyat Xidməti Katienin siyasi sığınacaq istəyinin qəbul edilməsi üçün Türkiyə əleyhinə hərbi və siyasi istiqamətdə casusluq etməsini təklif edib. Ahmet Katie bu təklifi qəbul edib. O, Türkiyədəki suriyalı qaçqınlar, immiqrasiya siyasəti və Türkiyəni Avropada çətin vəziyyətə salacaq real olmayan məlumatlar və sənədlər təqdim edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Ahmet Katie, İbrahim Şevaiş və Halis Elnahar adlı üç suriyalı Fransa Kəşfiyyat Təşkilatının təlimatları əsasında fəaliyyət göstərib və paytaxtı Parisdə yerləşən “Hələb Dostları İcması” (“Coliectif Amis d'Alep”) adlı qeyri-hökumət təşkilatı (QHT) menecerləri vasitəsilə məlumatlar ötürüb.
Fransa kəşfiyyatının nəzarəti altında olan və Parisdə fəaliyyət göstərən QHT rəhbərləri internet proqramları vasitəsilə uzaqdan fəaliyyət göstəriblər. Onlar Türkiyənin qaçqınların saxlanıldığı təcridxanalarda guya işgəncə tətbiq etdiyini, insan hüquqlarının pozulduğunu iddia edərək Türkiyəni beynəlxalq arenada çətin vəziyyətə salmağa cəhd ediblər.
Gundemxeber.az
4-02-2016, 16:54
14-12-2020, 13:00
3-10-2018, 13:57
25-11-2017, 13:50
2-09-2014, 11:12
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?