Gundemxeber.az » Dünya » Zelenski Putinlə şəxsi görüşünün təfərrüatını açıqladı
“Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə baş tutan şəxsi görüşdə atəşkəsə çağırdı”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna. 2024” adlı mətbuat konfransında çıxışı zamanı deyib.
“Mən ona dedim ki, Minsk razılaşmaları işləməyəcək, çünki qoşunların təmas xəttindən çıxarılması ideyasının özü işləməyəcək. O, daim atəşkəs məsələsini gündəmə gətirirdi. Ancaq bunun necə işlədiyini sonra gördük. Çox uzun müddət danışdıq, bazarlıq etdik”, - deyə Zelenski bildirib.
O qeyd edib ki, görüş zamanı Putinlə qaz təchizatı, əsirlərin dəyişdirilməsi və digər məsələləri də müzakirə ediblər.
Zelenski eyni zamanda görüşün bütün təfərrüatını yaxşı xatırlamadığını vurğulayıb, çünki elə bir təəssüratı var ki, sanki bu, başqa bir həyatda baş verib və hər şey başqa cür olub. Bununla belə, o əlavə edib ki, uzun müddət danışıqlar aparılıb.
Mətbuat konfransında Zelenski həmçinin qeyd edib ki, Ukrayna Rusiyaya sənəd təklif etməyi planlaşdırır və bu sənəd qarşıdakı “Sülh formulu” üzrə sammitin nəticəsi olacaq. Eyni zamanda o deyib ki, Moskva Kiyevin təklifini qəbul etməyə bilər.
Xatırladaq ki, iki ölkə liderinin görüşü 2019-cu ildə Parisdə “Normandiya formatı”nda baş tutub. O zaman Vladimir Putin Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın ovaxtkı kansleri Angela Merkel ilə ikitərəfli görüşlər keçirib.
Gundemxeber.az
4-07-2019, 10:30
3-06-2019, 16:36
20-05-2019, 13:19
13-09-2019, 13:55
29-05-2019, 10:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?