Gundemxeber.az » Dünya » Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib
Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında ərizəsini ratifikasiya edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin ali qanunverici orqanının saytında yayımlanan iclasın moderatoru məlumat verib.
Deputatların böyük əksəriyyətinin İsveçin alyansa qoşulmasını dəstəkləməsindən sonra o, “Qərar verildi” - deyə bildirib.
Səsvermənin nəticələri tabloda göstərilib: 188 lehinə, 6 əleyhinə.
Qeyd edək ki, Macarıstan parlamentində 199 deputat var. Bununla da, Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub.
Həmçinin, Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın fevralın 10-da təqdim etdiyi istefa ərizəsini təsdiq edib.
Gundemxeber.az
29-03-2023, 16:30
3-11-2022, 16:26
5-02-2024, 23:34
24-01-2024, 11:44
6-03-2016, 12:36
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?