Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib:
“Həm quru, həm də artilleriya döyüşləri gedib. Nəticədə Ukrayna Silahlı Qüvvələri Krasnoqorovka şəhərini azad edib”.
Qeyd edilib ki, gecədən səhərədək davam edən ağır döyüşlərdə hər iki tərəf çoxlu itkilər veriblər:
“Rusiya Ordusunun 100 hərbçisini itirdiyi bildirilib. Ukrayna Ordusu tərəfindən də itkilər var. Lakin bununla bağlı dəqiq say açıqlanmayıb”.
O da bildirilib ki, Avdiyevka istiqamətində son üç gündə vəziyyət olduqca gərgindir. Məlumata görə, sözügedən ərazi ətrafındakı daha iki kənddən Ukrayna Ordusu geri çəkilib.
Ətraflı süjetdə:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?