Nigeriyanın şimal-şərqində 47 qadından ibarət qrup ekstremist dəstələrdən birinin silahlıları tərəfindən qaçırılıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, məcburi köçkünlər düşərgəsindən olan qadınlar Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıblar.
Qadınlardan bəziləri qaça bilsə də, 47 nəfər yaraqlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb.
Hazırda oğurlanmış şəxslərin axtarışları davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?