ABŞ administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid “Əl-Qüds” xüsusi təyinatlılarına yardımın çatdırılması ilə əlaqədar Çin və Marşal adalarından olan gəmi sahiblərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, ABŞ iki gəmi sahibinə qarşı sanksiyalar tətbiq edib və “Əl-Qüds” qüvvələrinin maraqları naminə malların daşınmasında oynadıqları rola görə iki gəmini qara siyahıya salıb.
Diplomat bildirib ki, nəqliyyat xidmətlərindən əldə olunan gəlirlər Yəmənin “Ənsar Allah” (husilər - red.) hərəkatını maliyyələşdirmək üçün istifadə olunur.
Sorğu
Yeni dizaynımız necədir?