GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Oskanyan planı:Gecikmiş ideya, yoxsa gerçək həll yolu?

Oskanyan planı:Gecikmiş ideya, yoxsa gerçək həll yolu?

Tarix: 14-03-2024, 21:04 Bölmə :Dünya Baxış: 206

Regionun tanınmış ekspertləri məsələ ilə bağlı öz fikirlərini bölüşürlər


 2023-cü ildə Ermənistana köçən Qarabağ erməniləri geriyə qayıtmaqla bağlı əvvəllər səsləndirdikləri konsepsiyanı dəyişiblər.

Qarabağ ermənilərinin ictimai təşkilatlarının rəhbərləri son vaxtlara qədər rəsmi Bakının qarşısında qəbul edilməsi mümkün olmayan tələblər irəli sürürdülər: Azərbaycan qüvvələri Qarabağdan çıxmalıdır, onlara müstəqillik statusu verilməlidir və yalnız bundan sonra beynəlxalq təhlükəsizlik zəmanəti altında regiona qayıda bilərlər. Fevralın 22-dən isə Ermənistanın keçmiş xarici işlər naziri, “Dağlıq Qarabağ xalqının fundamental hüquqlarının müdafiəsi komitəsi”nin rəhbəri Vardan Oskanyanın təklifindən doğan yeni konsepsiya ortaya atılıb.

Oskanyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, “Dağlıq Qarabağ-ATƏT və ya Dağlıq Qarabağ-BMT səviyyəsində müvəqqəti, keçid xarakteri daşıya biləcək birgə administrasiya olarsa”, evlərini tərk etmiş insanlar geri qayıdacaqlar.

Oskanyan təklif edir ki, Dağlıq Qarabağla Azərbaycan arasında danışıqlar aparılsın və bunun nəticəsində tərəflər ermənilərin taleyi ilə bağlı problemin həllinə başlayacaqlar.

“Mən muxtariyyət statusundan və ya başqa statusdan danışmıram. Gələcəkdə xalq buna özü qərar verəcək. Ermənistan hakimiyyəti bunu öz gündəliyinə salmağa borcludur, çünki bu adamlar məhz onların səhvi ucbatından indiki vəziyyətə düşüblər. Dağlıq Qarabağ onların səhvi nəticəsində itirilib. Onlar ermənilərin Dağlıq Qarabağa qayıtması tələbini təbliğ etməyə borcludurlar. Dediyim kimi, Ermənistan hakimiyyəti Dağlıq Qarabağın sovet dövründə olduğu formada muxtariyyət statusu məsələsini bundan əvvəl qaldırsaydı, bu gün vəziyyət başqa cür olardı”, – Oskanyan bildirib.

Beləliklə, keçmiş nazir yeni plan irəli sürür: əvvəlcə ermənilərin beynəlxalq qüvvələrin təhlükəsizlik zəmanəti ilə Qarabağa qayıtması. Sonra ermənilərin Azərbaycandakı statusu ilə bağlı danışıqlar aparılması; bu zaman Qarabağ ermənilərinin Azərbaycandan müstəqilliyi ilə bağlı heç bir şərt qoyulmur.

“Hətta Azərbaycan ermənilərin Dağlıq Qarabağa qayıtmasından danışır, baxmayaraq ki, onlar bunu bir qədər fərqli şəkildə görürlər. Geri qayıtmaq hüququ var və diplomatik iş aparmaqla, ermənilərin orada  özlərini təhlükəsiz hiss etmələri üçün təminatlar əldə etmək mümkün olacaq. Ermənistan hakimiyyəti bu işi öz üzərinə götürsəydi, o zaman ideyanın reallaşma ehtimalı 60-70% səviyyəsində olardı. Belə dəstək olmasa, bu ehtimal 50%-dən aşağıdır”, – deyə sabiq nazir qeyd edib.

Rəsmi Bakı ermənilərin Qarabağa qaytarılmasının mümkünlüyü ilə bağlı şərtlərini dəfələrlə bəyan edib: ermənilər, xüsusi hüquqların verilməsi istisna olmaqla, Azərbaycan vətəndaşlığını almaq və azərbaycanlıların müasir Ermənistandakı tarixi yaşayış yerlərinə paralel qayıtması şərti ilə, Qarabağa qayıda bilərlər.

Xatırladaq ki, Ermənistan tərəfinin məlumatına görə, 2020-2023-cü illərdə Qarabağı 120 min erməni tərk edib.

Keçmiş nazirin təklif etdiyi plan nə dərəcədə realdır? Onun təsvir etdiklərinin həyata keçirilməsi texniki cəhətdən mümkündürmü? Digər tərəfdən, Qarabağ ermənilərinin qayıtması üçün belə bir layihənin həyata keçirilməsi indiki şəraitdə və rəsmi Bakının səsləndirdiyi şərtlər daxilində nə dərəcədə realdır? 

Cənubi Qafqaz ölkələrindən olan analitiklər məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüblər. Onlar Oskanyanın planını müxtəlif nöqteyi-nəzərdən qiymətləndiriblər, amma sonda ortaq nəticəyə gəliblər.

Erməni media eksperti Akop Karapetyan ilk növbədə qeyd edir ki, Qarabağ ermənilərinin özləri “ictimai” adlanan bu təşkilatları qanuni seçilmiş nümayəndələri hesab ediblər və edirlər.

“Onların adıçəkilən komitəni də özlərinin qanuni nümayəndəsi hesab edib-etmədiklərini bilmirəm. Hesab edirəm ki, bu, konkret təşkilatın və ya şəxsin bəyanatlarının əsl mənasını anlamaq üçün vacib məqamdır.

O ki qaldı Dağlıq Qarabağ ermənilərinin bəyan etdiyi prioritetlərin dəyişməsinə, hesab edirəm ki, burada məntiq sadədir. Dağlıq Qarabağ erməniləri öz evlərində yaşadıqları bir vaxtda təhlükəsizlik və hüquqlarının müdafiəsi məsələsi onlar üçün hər şeydən üstün idi. 2023-cü ilin sentyabrında evlərini məcburi tərk edəndən sonra təhlükəsiz qayıtmaq məsələsinin ön plana çıxması məntiqlidir. Xüsusən də demək olar ki, hər gün sosial şəbəkələrdə və KİV-də Stepanakertdə (Xankəndi – red.) və ya digər şəhər və kəndlərdə təkcə memarlıq abidələrinin deyil, həm də erməni mədəniyyəti xadimlərinə həsr olunmuş heykəllərin söküldüyünü, orta əsr kilsələrinin necə kütləvi şəkildə ermənilərə məxsusluqdan çıxarıldığını görürlər. İstifadə etdiyim “məcburi tərk etdilər” ifadəsinin təbliğata bənzəməməsi üçün sadəcə onu qeyd etmək istəyirəm ki, beynəlxalq hüququn məlum normalarına əsasən, insanların təhlükəsiz yaşaması üçün fiziki təhlükəsizlik zərurətindən əlavə, öz dil və mədəni kimliyinin qorunub saxlanması, habelə digər demokratik azadlıqların (söz azadlığı, seçim azadlığı və s.) təmin edilməsi təminatları var. Hazırda elə bir vəziyyət yaranıb ki, beynəlxalq təşkilatların demək olar ki hamısının yekdil rəyinə görə, Bakı öz vətəndaşlarının demokratik hüquq və azadlıqlarını təmin etmir”, – Karapetyan hesab edir.

Onun sözlərinə görə, müxtəlif universal reytinqlərə görə, Azərbaycan demokratiya məsələlərində sonuncu yerlərdədir, “Dağlıq Qarabağ Respublikası isə faktiki mövcud olduğu onilliklərdə eyni sahələrdə daha yaxşı nəticələr göstərib”. Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşamaq perspektivlərindən danışan Karapetyan ilk növbədə bir məsələni diqqətə çatdırır:

“Azərbaycanda ümumən ermənilərə qarşı mənfi münasibəti bir kənara qoysaq belə, insanlar belə bir sual verirlər: bu ölkədə hər kəsin hüquqları təmin olunmursa, Bakı bizim hüquq və azadlıqlarımızı necə təmin edə bilər?”

Ekspert Qarabağ ermənilərinin qayıtması layihəsinin həyata keçirilməsinin nə dərəcədə mümkün olduğu sualına cavabını yekunlaşdıraraq, deyir: “Birbaşa cavab verəcəyəm ki, indiki şəraitdə və rəsmi Bakının hazırkı ritorikası ilə bu mənə mümkün görünmür“.

Azərbaycanlı politoloq və ictimai xadim Zərdüşt Əlizadə xatırladır ki, çox praqmatik rus atalar sözü var: “Lojku v obed” (tərcüməsi: qaşığı nahar vaxtı vermək lazımdır. Mənası: hər şeyi vaxtında etmək lazımdır – red.).

“Əgər nahar vaxtı qaşığınız yoxdursa, nahar edə bilməyəcəksiniz. Nahardan sonra qaşıq lazım deyil. “Oskanyan planı”nı oxuyandan sonra bu ifadə yadıma düşdü”.

Əlizadə qeyd edir ki, ömrünün son 30 ilini Qarabağ probleminin sülh yolu ilə həllinin axtarışına həsr edib və münaqişənin həllinin bütün variantları ilə tanışdır.

“Tarix sübut etdi ki, təəssüf, hərbidən başqa heç bir variant işə yaramadı. Bəzi variantları Ermənistan tərəfi, bəzilərini isə Azərbaycan tərəfi rədd edib. Hər iki tərəf qəbul etdiyi yeganə ideyaya, ermənilər öz müqəddəratını təyinetmənin prioritet olması ideyasına, azərbaycanlılar ərazi bütövlüyü ideyasına sadiq olduqlarını sübut etdilər”, – deyə Əlizadə qeyd edib. 

Ekspert hesab edir ki, demokratik çoxmillətli ölkələrdəki kimi beynəlxalq hüququn iki prinsipinin birləşdirilməsi nümunəsini ilk olaraq Ermənistan rədd edib. Onlar hesab edirdilər ki, bu, məğlub tərəfə qyeri-məqbul güzəşt olardı.

“Cənab Oskanyanın təklifi Azərbaycan üçün 2020-ci ilin sentyabr müharibəsindən əvvəl cəlbedici sayıla, ağlabatan güzəşt və güzəştə getmək istəyi kimi qiymətləndirilə bilərdi. Bəli, bu təklifdə birbaşa olmasa da, dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü tələb etməyə haqqı olması və ikili idarəetmə ilə şərtlənən öz müqəddəratını təyinetmə hüququ etiraf edilir. Bunların hər ikisinin gələcəkdə mübahisə predmeti olacağı aydındır.

Cənab Oskanyanın xarici işlər naziri olduğu dövrdə Ermənistanın Azərbaycanın Qarabağ üzərində hüququnu ümumiyyətlə tanımaq istəməməsi ilə müqayisədə bu variant cəsarətli və yenilikçi yanaşma kimi görünür.

O zaman Ermənistan rəhbərliyinin düşüncəsi belə bir kompromis səviyyəsinə yüksəlmədi. Əksinə, onların düşüncəsi “qalib erməni ordusu” postulatı və Azərbaycanın Rusiyadan icazəsiz qeyri-ənənəvi addım atmaq iqtidarında olmadığına inam ətrafında fırlanırdı”.

Ekspertin fikrincə, indi vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycan cəmiyyəti Qarabağ ermənilərinə qayğının diktə olunduğu bu planı qəbul edə bilməyəcək.

“İdeyanın müəllifi onu bir qədər dəyişsə, 1988-ci ildəki azərbaycanlı qaçqınların Ermənistandakı evlərinə qayıtmaq hüququna dair bənd əlavə etsə, Azərbaycanın suverenliyinə toxunan “DQR+BMT və ya ATƏT hakimiyyəti” absurd idarəçilik dueti ilə bağlı müddəanı çıxarsa, mətnə Qarabağ və Zəngəzurun bütün sakinləri üçün insan hüquqlarının müdafiəsinin konstitusiya mexanizmləri haqqında bənd salsa, Xankəndi və Sünikdə Ermənistan və Azərbaycan konsulluqlarının açılması ideyasını daxil etsə, onda bir də gördünüz ki, artıq keçmiş münaqişə ətrafında çox gecikmiş, lakin prinsipcə kompromis transformasiyası ideyasını canlandırmaq qabiliyyətini qoruyub saxlamış dialoqa maraq yarandı”, – Əlizadə deyir.

Gürcü konfliktoloq, beynəlxalq əlaqələr üzrə doktor, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani hesab edir ki, Qarabağ ermənilərinin öz vətənlərinə qayıtması məsələsinin həlli indiki mərhələdə mümkün deyil və zaman keçdikcə daha da qeyri-real olacaq və əslində Qarabağın ermənisizləşdirilməsi prosesi gedir:

“Mənim bu qiymətləndirməm problemi müəyyən edən siyasi, tarixi və sosial amillərin məcmusuna əsaslanır. Yeri gəlmişkən, mən hələ regiondakı insanların evakuasiya edilməsindən əvvəl Ermənistan televiziyasına müsahibəmdə bu məsələ ilə bağlı kifayət qədər açıq bəyanat vermişdim, orada erməni tərəfinə belə taleyüklü qərar qəbul edərkən daha az emosiya nümayiş etdirmək təklifi ilə müraciət etmişdim. Mən birbaşa bildirdim ki, ermənilərin bölgəni belə kortəbii şəkildə tərk etməsi siyasi və tarixi baxımdan əsassızdır. Onlar həmişə gedə bilərdilər. Amma geri qayıtmaq ən çətin şey olardı. Və belə də oldu”.

Konfliktoloq hesab edir ki, Azərbaycan tərəfi ermənilərin geri qayıtmaması üçün hər şeyi edəcək.

“Yalnız axmaqlar düşünə bilər ki, bu yerlər insansız qalacaq. İllər sonra orada azərbaycanlılar məskunlaşacaq (Azərbaycanda bunun üçün kifayət qədər insan resursları var), erməni izi tamamilə yox olacaq.

Oskanyanın mövqeyinə gəlincə, bu, tamamilə absurddur. Bakı heç vaxt buna razı olmayacaq. O, qalib gəlib, əraziləri qaytarıb və ona orada heç bir vasitəçi lazım deyil”, – deyə Xevtsuriani yekunlaşdırır.(Pressklub)

Rauf Orucov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

    ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı ...

    5-09-2018, 11:39

  • 
  • Ermənistanın keçmiş xarici işlər nazirinin adı rüşvətxorluqda hallanır

    Ermənistanın keçmiş xarici işlər nazirinin adı ...

    3-11-2018, 14:49

  • 
  • İrəvandan Dağlıq Qarabağ bəyanatı: “Aprel döyüşlərindən sonra...”

    İrəvandan Dağlıq Qarabağ bəyanatı: “Aprel ...

    17-05-2018, 16:40

  • 
  • İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

    İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə ...

    8-11-2017, 11:15

  • 
  • Sarkisyan: «Qarabağ Ermənistanındır»

    Sarkisyan: «Qarabağ Ermənistanındır» ...

    29-09-2015, 17:07


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu