Böyük Britaniya müdafiə nazirinin rəhbəri Qrant Şappsın Polşadan Böyük Britaniyaya səfəri zamanı istifadə etdiyi təyyarədə peyk siqnalı 30 dəqiqə ərzində itib. Yaranan nasazlıqda London Rusiyanı şübhəli bilib.
Gundemxeber,az bildirir ki, bu barədə hökumətdəki mənbəyə istinadla “Times”, “Guardian” və “Daily Telegraph” kimi nəşrlər məlumat verib.
Bildirilir ki, təyyarə Rusiyanın Kalininqrad şəhəri yaxınlığında uçarkən siqnal yoxa çıxıb.
Qeyd olunub ki, yarım saat ərzində mobil qurğular internetə qoşula bilməyib, GPS itib və təyyarə yerini təyin etmək üçün alternativ üsullardan istifadə etməyə məcbur olub.
Gundemxeber,az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?