GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Dünyanı ortadan bölən dəhliz -Azərbaycan yeni qərarı ilə geosiyasi reallığı dəyişə biləcəkmi?

Dünyanı ortadan bölən dəhliz -Azərbaycan yeni qərarı ilə geosiyasi reallığı dəyişə biləcəkmi?

Tarix: 15-03-2024, 17:36 Bölmə :Dünya Baxış: 139


Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana iki günlük rəsmi səfəri çoxdan gözlənilən əhəmiyyətli hadisə ilə müşayiət olundu. Söhbət, Çindən yol çıxan ilk konteyner qatarının “Orta Dəhliz” vasitəsilə Azərbaycana çatdırılmasından gedir. 

61 konteynerdən ibarət qatar uzunluğu 7 min km olan marşrutu (Siandakı Qazaxıstan terminalı – Aktau – Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. 

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev videobağlantı vasitəsilə konteyner qatarının Bakının Abşeron stansiyasına gəlişi mərasimini izləyiblər.

Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınmış qatarın Azərbaycana çatması “Orta Dəhliz”in bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Qeyd edilib ki, ilkin razılaşmaya əsasən, ilkin mərhələdə bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. 

Lakin Qazaxıstan nümayəndə heyətinin səfəri bununla yekunlaşmayıb. Səfər zamanı Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin ciddi şəkildə artırılması barədə saziş də imzalanıb. Sənədə əsasən, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri (BTC) marşrutu üzrə tranzitinin həcmləri illik 2,2 milyon tona qədər artırılacaq. Bu da təxminən 47 faiz artım deməkdir.

Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti haqqında Saziş imzalayıb. 2023-cü ilin sonunda Aktau limanından 1 milyon 057 min ton, 2024-cü ilin yanvar-fevral aylarında isə 232 min ton neft göndərilib.

Qeyd edək ki, buna qədər Qazaxıstanın Avropaya neft və qeyri-neft ixracatı, eləcə də Çindən Avropaya gedən konteynerlər daha çox Rusiya marşrutu üzrə hərəkət edib. Lakin hazırda Rusiya və Ukrayna arasında gedən müharibə və Moskvanın iqtisadi-siyasi təcridi bu marşrutu faktiki olaraq qeyri-işlək vəziyyətə gətirib çıxarıb. Buna görə də, maraqlı tərəflər təcili şəkildə alternativ yol axtarmağa başlayıblar. “Orta Dəhliz”in işə düşməsi Çin başda olmaqla Cənub-Şərqi Asiya ölkələri, eləcə də Mərkəzi Asiya respublikalarının Avropaya hansı yolla getmək sualını ortadan qaldırır. 

“Dünyada geosiyasi gərginliyin çox yüksək səviyyədə artdığı və Ağ dəniz ətrafında logostik yollarda problemlərin yarandığı dövrdə təbii ki, Azərbaycan və Qazaxıstan münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdirilməsi və bu yöndə çoxsaylı müqavilələrin bağlanması kifayət qədər əhəmiyyətli məsələdir”. 

Bu sözləri bizimlə müsahibəsində iqtisadiyyatçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, əvvəllər Qazaxıstanın neft nəqli ancaq Rusiyadan asılı olub və Novorossiysk limanı vasitəsilə nəql edilib: “Amma son zamanlar həm Rusiyaya tətbiq edilən olan sanksiyalar, həm də limanda təhlükəsizliklə bağlı problemlərin yaranması Qazaxıstanı alternativ marşrutlar axtarmaq məcburiyyətində qoydu. Qazaxıstan neftinin Azərbaycan üzərindən, Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsi ilə daha rahat, təhlükəsiz və tez formada Avropaya, Ceyhan limanına nəqli mümkün olur. Son bağlanmış müqavilələr ilə gələn ildən 2,2 milyon ton Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqli nəzərdə tutulur”. 

Ekspert deyir ki, “Orta Dəhliz”in işə düşməsi Qazaxıstan üçündə çox əhəmiyyətlidir. “Bundan başqa, “Orta Dəhliz” layihəsində Gürcüstan, Azərbaycan və Qazaxıstanın birgə yaratdığı şirkət logistik yolu daha da əhəmiyyətli vəziyyətə gətirir. Çünki əsas məsələlərdən biri zaman və tarix məsələsi idi. İndi zamanla bağlı çox yaxşı nəticələr əldə olunub. Azərbaycan və Qazaxıstan prezidentləri son blok vaqonların, yəni konteynerlərin gəlməsini izlədilər. Konteynerlərin kifayət qədər qısa müddətdə – 11 gün ərzində Çindən Azərbaycana çatdırılması mümkün oldu. Buradan isə Avropanın sərhədinə çatdırılma təqribən 4-5 gün çəkir”, – iqtisadçı son prosesin əhəmiyyətini vurğulayır. 

Natiq Cəfərli qeyd edir ki, Çindən Avropaya dəmir yolu vasitəsilə 15-16 günə çatacaq belə bir yeni xəttin yaranması həm Qərb və Şərq, həm Çin, həm də Avropa İttifaqı ölkələri üçün kifayət qədər yaxşı haldır. Burada əsas məsələ zamandan əlavə həm də tranzit xərcləri məsələsidir. İndi Azərbaycan, Gürcüstan və Qazaxıstan geosiyasi şəraiti düzgün qiymətləndirərək, birgə müəssisə təsis ediblər. Bu müəssisə yol boyu vahid tarif dərəcələrinin və yaşıl koridorların yaranmasına xidmət edəcək ki, bu da ticarət dövriyyəsini xeyli artıracaq. 

“Nəticə etibarilə, 2020-ci ildə Qazaxıstan ilə Azərbaycan arasında 106 milyon dollarlıq ticarət dövriyyəsi vardısa, keçən il bu rəqəm 528 milyon dollara qalxdı. Yəni, yarım milyardı keçdi. Bu kifayət qədər yüksək artımdır və gələcəkdə də artacaq. Azərbaycan üçün bunun əhəmiyyəti həm də ondan ibarətdir ki, həm logostik imkanları, həm tranzit gəlirləri, həm də geosiyasi əhəmiyyəti getdikcə daha çox artmış olur”, – deyə ekspert əlavə edib.(Pressklub)

Mədinə Useynova

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verdi

    İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı ...

    27-12-2019, 11:18

  • 
  • İlham Əliyev: "Qazaxıstan və Azərbaycan bütün istiqamətlərdə aktiv fəaliyyət göstərir"

    İlham Əliyev: "Qazaxıstan və Azərbaycan ...

    11-03-2024, 18:14

  • 
  • Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə ...

    3-04-2017, 01:49

  • 
  • Qazaxıstan prezidenti Nazarbayevin qızının spiker səlahiyyətlərinə xitam verib

    Qazaxıstan prezidenti Nazarbayevin qızının spiker ...

    2-05-2020, 13:24

  • 
  • İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə qazaxıstanlı həmkarını məlumatlandırıb

    İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində baş ...

    17-05-2021, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu