Gundemxeber.az » Dünya » Xavi jurnalisti məhkəməyə verib
“Barselona”nın baş məşqçisi Xavi Ernandes “El Pais” nəşrinin jurnalisti Manuel Jabuanı məhkəməyə verib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, tərəflər arasında münaqişə “Barselona”nın Çempionlar Liqasında “Antverpen”ə (Belçika klubu) məğlub olmasından sonra başlayıb.
Belə ki, oyundan sonra “El Pais” nəşrinin jurnalistlərindən biri “Barselona”nı “Avropanın klounları” adlandırıb.
Xavi mətbuatda çap edilən bu manşetə sərt reaksiya verərək jurnalisti kəskin tənqid edib. Öz növbəsində “El Pais”in jurnalisti Manuel Jabua həmkarının müdafiəsinə qalxıb və bildirib ki, Xavi ona nalayiq sözlərdən ibarət mesajlar göndərib.
“Bəli, bu barədə danışmaq istəməzdim, çünki bu, şəxsi mesajlar vasitəsilə ilə baş verib, lakin onlar olduqca əxlaqsız mesajlar idi”, - deyə Manuel Jabua vurğulayıb.
Bu açıqlamalar ispan mütəxəssisi qəzəbləndirib və o, jurnalisti məhkəməyə vermək qərarına gəlib. “Barselona” rəhbərliyi isə iddia edir ki, Xavi Manuel Jabuanın kim olduğunu belə bilmir və Xavi şübhəsiz ki, onunla heç vaxt yazışa bilməzdi.
Gundemxeber.az
11-12-2023, 23:32
14-12-2023, 19:58
25-12-2013, 15:18
29-05-2017, 21:57
30-07-2017, 14:48
Sorğu
Yeni dizaynımız necədir?