Gundemxeber.az » Dünya » BMT ukraynalı əsirlərin olduğu “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat yaydı
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi yanvar ayında Rusiyanın Belqorod vilayəti üzərində ukraynalı hərbi əsirləri daşıyan “İl-76” təyyarəsinin qəzaya uğraması səbəblərinin müəyyən edilə bilmədiyini deyib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə qurumun Cenevrədə dərc olunmuş hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, 2024-cü il yanvarın 24-də Rusiyanın Belqorod vilayətində Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb. Rusiya hakimiyyəti Ukrayna hərbi qüvvələrinin təyyarəni vurduğunu və nəticədə 65 ukraynalı hərbi əsirin öldüyünü bildirib.
“İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi məlumatlara girişi olmadığı üçün öz adi metodologiyasına uyğun olaraq insidentin başvermə şəraitini lazımi dərəcədə müəyyən edə bilməyib”, - deyə qurumun hesabatında bildirilib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi hərtərəfli, qərəzsiz və şəffaf araşdırmaya çağırış edib.
Qurum hesab edir ki, hərbi əsirlərin şəxsiyyəti ilə bağlı məlumatlar dərhal Ukrayna hakimiyyətinə verilməli və cəsədlərin bütün qalıqları isə onların ailələrinə təhvil verilməlidir.
Xatırladaq ki, yanvarın 24-də Rusiyanın Belqorod vilayətində ukraynalı hərbi əsirləri daşıyan “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.
Gundemxeber.az
25-07-2019, 11:50
9-06-2016, 16:57
4-10-2019, 14:39
19-05-2016, 10:49
21-01-2014, 10:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?