Gundemxeber.az » Dünya » Mask Ukraynanın NATO-ya daxil olması ideyasını nüvə apokalipsisi adlandırıb
İlon Mask hesab edir ki, Ukraynanın NATO-ya daxil olması nüvə apokalipsisi haqqında filmin başlanğıcı olacaq...
GUNDEMXEBER.AZ xəbər verir ki, milyarder bu barədə X sosial şəbəkəsində yazıb.
“Bu, sözün əsl mənasında, nüvə apokalipsisi haqqında filmin başlanğıcıdır”, deyə Mask X-də ABŞ Dövlət Katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın nitqinin videosunun altında yazıb. Qeyd edək ki, Blinken NATO-nun 75 illik yubilyey tədbirindəki çıxışında “Ukraynanın NATO-ya üzv olacağını” bildirib.
Mask öz şərhinə SSRİ ilə ABŞ arasında uydurma nüvə müharibəsinin kadrları ilə “The Day After” (1983) bədii filmindən bir parçanın linkini əlavə edib.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Ukrayna sürətləndirilmiş əsaslarla NATO-ya daxil olmaq üçün ərizə təqdim etdi və alyansın 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitində “lazımi şərtlər yerinə yetirildikdə” qəbul ediləcəyi ilə bağlı təminat alıb. Lakin Ukrayananın NATO-ya qəbul edəiləcəyi tarix açıqlanmayıb.
Gundemxeber.az
27-06-2015, 05:35
2-12-2020, 10:54
17-07-2019, 14:18
3-03-2021, 14:22
17-06-2015, 16:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?