Gundemxeber.az » Dünya » Rusiya-Çin Ay stansiyası layihəsində Türkiyə də iştirak etmək niyyətindədir
Rusiya və Çin tərəfindən yaradılan yeni beynəlxalq Ay stansiyası layihəsində Türkiyə də iştirak etmək üçün müraciət edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında deyib.
“Beynəlxalq Ay stansiyası layihəsində digər ölkələrin də iştirakı planlaşdırılır; bu, təkcə Rusiya-Çin və ya Çin-Rusiya stansiyası deyil. Layihədə iştirak üçün Türkiyədən və digər ölkələrdən müraciətlər var”, - deyə o bildirib.
Petrukoviçin sözlərinə görə, hazırda Asiyada, uzunmüddətli perspektivə malik kosmik tədqiqatlarda maraqlı olan kifayət qədər iddialı böyük ölkələr var.
Gundemxeber.az
20-04-2017, 16:46
12-08-2013, 10:14
12-04-2017, 10:04
8-12-2012, 16:16
16-09-2019, 12:18
Sorğu
Yeni dizaynımız necədir?