GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukrayna həlledici həftəyə girdi - Ərdoğanın sülh formulu kimə sərfəlidir?

Ukrayna həlledici həftəyə girdi - Ərdoğanın sülh formulu kimə sərfəlidir?

Tarix: 16-04-2024, 11:19 Bölmə :Dünya Baxış: 115


Ankara təklif edir ki, müharibə dondurulur, işğal edilən ərazilərdə 2040-cı ildə beynəlxalq müşahidə altında referendum keçirilir, Ukraynaya bitərəf status zəmanət verilir, Kreml Kiyevin Aİ-yə qoşulmasına etiraz etmir - lakin...


Türkiyə Ukrayna böhranı ilə bağlı sülh planı irəli sürüb. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin mayına aid bəzi bəndlər yeni mətnə daxil edilib. 

Prezident Ərdoğandan gəldiyi deyilən təklifin qayəsində mövcud cəbhə xətti boyu müharibənin dondurulması, Rusiyanın işğalı altında olan bütün Ukrayna ərazilərində 2040-cı ildə beynəlxalq nəzarət altında referendumların keçirilməsi, 2040-cı ilədək Ukraynanın bitərəf statusuna zəmanət verilməsi, Ukraynanın Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməməsi ilə bağlı öhdəliklər dayanır. Rusiya lideri Putin plana etiraz bildirməyib. Ukrayna isə bunu konfliktin dondurulması və Moskva üçün sərfəli variant hesab edərək, məqbul saymayıb. Əlbəttə, son söz Ukrayna xalqınındır. İstənilən halda, bu bir təklifdir. Hərgah layihə Ukrayna üçün daha əlverişli hesab oluna bilər. Əvvəla, bu plana əsasən, Rusiya qalib deyil, ümumiyyətlə, qalib yoxdur. Münaqişənin uzanması isə Ukrayna və Rusiya da daxil, bəşəriyyətə, qlobal iqtisadiyyata dəhşətli ölçüdə ziyandır. Eyni zamanda qardaş ölkə bu xüsusda getdikcə daha qəliz seçim qarşısında qalmaq riskindən qurtulmuş olacaq. Dünyaya nüvə təhdidinin aradan qalxması da öz yerində.

İkincisi, sülh formulu beynəlxalq hüquqa zidd deyil. Referendumlara qədər Ukraynanın ərazi bütövlüyü mübahisə mövzusu olmayacaq. Referendumlar isə yalnız Kiyevin (mərkəzi hökumətin) razılığı ilə baş tutacaq. 2040-a kimi isə mübahisəli ərazilərdə əhalinin vəziyyəti dəyişə bilər. İnsanlar adətən daha yaxşı, daha təminatlı və təhlükəsiz gələcəyə səs verir. Ukrayna ona qədər güclü, inkişaf edən, hüquqi-demokratik, müasir dövlətə çevrilməyi bacarmalıdır. Halbuki həmin ərazilərdə referendum keçirilməsi sual altındadır. Rusiya 4 regionu saxta referendumla özünə birləşdirdiyini elan edib. Hazırda Rusiya Xerson, Zaporojye, Luqansk və Donetski öz “suveren ərazisi” sayır. O baxımdan beynəlxalq müşahidə altında bu torpaqlarda referendum keçirilməsi və Rusiyanın müdaxiləsi olmadan şəffaf səsvermə olacağı şübhə doğurur. Hər halda, Ankara indiki ağır şəraitdə münasib variant seçib. 

Bu arada məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə, nəhayət, Ukraynaya maliyyə dəstəyi məsələsinə baxacaq. “The Hill” qəzetinin yazdığına görə, Konqresin aşağı palatasının spikeri Mayk Conson məsələni qanunvericilərin müzakirəsinə rəsmi şəkildə təqdim etməyə hazırdır. Həmçinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Adam Smit “Mən bilirəm ki, spiker gələn həftə Ukrayna ilə bağlı nəsə etmək niyyətindədir” deyib. Smit əmindir ki, Kiyevə köməyi davam etdirməyin yeganə variantı (söhbət 60 milyard dollarlıq yardımdan gedir) əvvəllər Senat tərəfindən təsdiq edilmiş qanun layihəsini aşağı palatanın dəstəkləməsi olacaq: “Ukraynaya köməyin yeganə yolu Nümayəndələr Palatasının Senatın qanun layihəsini qəbul etməsidir”. Bəs son gəlişmələr nədən xəbər verir, zaman kimə işləyir - Rusiyaya, yoxsa konfliktin dondurulması əleyhinə olan Ukraynaya? ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə çoxdan gözlənilən yardımı təsdiqləyəcəkmi? 

Yeri gəlmişkən, ABŞ Senatında Ukrayna və İsrailə yardımla əlaqədar konsensus əldə olunub. Senatdakı çoxluğun lideri, demokrat Çak Şumer belə deyib. O bildirib ki, Konqres hər iki ölkəyə yardım göndərmək üçün mümkün qədər tez hərəkətə keçməlidir. Parlamentarinin sözlərinə görə, konsensus prezident Cozef Bayden və Konqres rəhbərliyi arasında bazar günü keçirilən müzakirə zamanı əldə olunub. Şumer Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bu həftə hər iki ölkəyə yardım məqsədilə müəyyən işlər görülə biləcəyinə ümid etdiyini bildirib: “İsrail və Ukraynaya kömək etməyin ən yaxşı yolu Nümayəndələr Palatasının hər iki ölkəyə yardımı nəzərdə tutan və Senatın təsdiqlədiyi milli təhlükəsizliklə əlaqədar yeni qanun layihəsini qəbul etməsidir”.

Ramiyə Məmmədova

Türkiyədə fəaliyyət göstərən “World Panorama” strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, Ərdoğanın sülh paketi hər iki tərəfi atəşkəsə razı salmaq üçün ən əlverişli təklifdir, lakin müharibəni aparan anqlosakson dünyasıdır. Onun fikrincə, ABŞ və Böyük Britaniya “bitdi” demədən, bu savaş dayanmayacaq. Ekspert hesab edir ki, “Ramşteyn” formatı Ukrayna müharibəsinin avanqard platformasıdır və Zelenski hakimiyyətini hara və nə qədər müdafiə etmək lazım gəldiyinə onlar qərar verirlər. Daha bir Ukrayna konfransı olacağına diqqət çəkən analitikin qənaətinə görə, Kiyevin Ankaranın bu təkliflərini qəbul etməsi üçün müstəqil qərar vermək imkanı yoxdur: “Beynəlxalq nəzarət altında referendum ideyası çox yaxşıdır. İntəhası, ona qədər ərazilər faktiki rusların işğalı altında qalacaq. Gərək rus qoşunları çıxa, Ukrayna ərazi bütövlüyünü təmin edə, sonra ümumxalq səsverməsi ola. Buna Rusiya razılaşacaqmı? Bu qədər döyüşlərdən, tökülən qanlardan sonra Moskva imtina edəcək, deyəcək ki, Donbas bizimdir”. 

R.Məmmədova Türkiyənin hər zaman sülh üçün təşəbbüs göstərdiyini, sadəcə, tərəflərin irəli sürdüyü şərtlərin maksimal olduğunu düşünür: “Kremlin tələbləri ifratdır və alçaldıcıdır. Ukrayna dövlətini təslimçiliyə çağırırlar. Kiyev də 1991-ci il sərhədlərinə qayıtmağa dəvət edir. Buna da ordusu 20 faiz ərazini işğal edən Rusiya razı olmayacaq. Əslində Ukraynada müharibənin başlamaması üçün zamanında bəzi addımlar atıla bilərdi. Misal üçün, Ukraynanın ruslar yaşayan ərazilərində muxtar statusu, rus dilinin ikinci dövlət dili olması, bu ölkənin heç bir hərbi bloka qoşulmayacağı barədə öhdəlik götürməsi... O zaman bəlkə də Putin savaş qərarı verməyəcəkdi. İndi isə böyük bir bataqlıqdır və buradan nə Qərb, nə də Rusiya necə çıxacağını bilmir. Daha doğrusu, simalarını qoruyaraq, məğlub görünmədən çıxmaq yolları axtarılır. Hər halda, anqlosakson dünyasının Rusiyanın strateji olaraq məğlubiyyətə uğradılması üçün Ukraynaya verdiyi bu dəstək davam edəcək. Əgər koalisiya müdaxilə etməsə, əlbəttə, Zelenski və Putin bəlkə də Ərdoğanın sülh formulunu qəbul edərdilər”. 

Emil SALAMOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • Ukrayna müdafiə naziri amerialı həmkarı ilə "referendumu" müzakirə edib

    Ukrayna müdafiə naziri amerialı həmkarı ilə ...

    30-09-2022, 16:09

  • 
  • Kreml Zelenskinin sülh sazişi ilə bağlı “üç addımlı” təklifini rədd edir

    Kreml Zelenskinin sülh sazişi ilə bağlı “üç ...

    13-12-2022, 15:48

  • 
  • Zelenski: Ukraynalılar Putinin pasport haqda təklifini rədd edəcək

    Zelenski: Ukraynalılar Putinin pasport haqda ...

    29-04-2019, 13:24

  • 
  • Parisdə Ukrayna böhranı müzakirə olunacaq

    Parisdə Ukrayna böhranı müzakirə olunacaq ...

    2-03-2016, 21:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu